25.12.2020 [11:04] - Xəbərlər, Türk dünyası-Turan
Çində fəaliyyət göstərən dünyaca məşhur “Sinovac Biotech” dərman şirkətinin istehsal etdiyi “Sinovac” vaksini yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı böyük təsirə malikdir və təhlükəsizdir. Türkiyənin sifariş etdiyi 50 milyon doza “Sinovac” peyvəndinin ilk hissəsinin dekabrın 28-də ölkəyə çatdırılması gözlənilir. Hələ tam yekunlaşmamış sınaq nəticələrinə görə, bu vaksin xəstəliyə qarşı 91,25 faiz effektivlik göstərib. Lakin bu göstəricinin daha da yüksək olduğu hesab edilir. Çünki birinci və ikinci sınaq peyvəndləri riskli qruplar arasında aparılıb.
Bu barədə Türkiyə Elmi Komitəsinin növbəti iclasından sonra keçirilən mətbuat konfransında Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir deyib ki, “Sinovac” peyvəndinin xəstəliyə qarşı davamlılığı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələblərindən çox-çox yüksəkdir. ÜST-yə görə, bir doza vaksin infeksiyadan qorunmaq üçün minimum 50 faiz effektli olmalıdır. Göründüyü kimi, “Sinovac” peyvəndinin effektivliyi normadan iki dəfəyə yaxın artıqdır.
Məlumat verilib ki, Türkiyədə sentyabrın 14-dən dekabrın 23-dək 24 mərkəzdə ümumilikdə 9150 könüllü peyvəndlənməyə cəlb olunub. Bu çərçivədə cəmi 10 min 828 doza peyvənd istifadə edilib. Ümumilikdə 3457 könüllüyə iki dozadan ibarət peyvənd vurulub.
Mütəxəssislər hesab edirlər ki, “Sinovac” peyvəndinin mənfi təsirləri olmur, olsa belə təhlükəli deyil. Orta hesabla peyvəndlənənlərdən yalnız 3,5 faizində yüngül yorğunluq və başağrısı kimi demək olar ki, hiss olunmayan əlamətlər müşahidə edilib.
Türkiyə Elmi Komitəsinin aparşdırmaları göstərir ki, ikinci doza vaksinin qəbulundan sonra kiçik mənfi təsirlərin də faiz nisbəti aşağı düşür. Belə ki, peyvəndləmənin ikinci qəbulunda könüllülərin cəmi 2,5 faiz hissəsində yüngül yorğunluq, 2,3 hissəsində yüngül başağrısı müşahidə olunub. Bu əlamətlərin də hiss edilmə müddəti çox qısa olub.
Nazir bildirib ki, Türkiyədə birinci mərhələdə, ilk növbədə, səhiyyə işçiləri olmaqla 9 milyon nəfərə “Sinovac” peyvəndi vurulacaq. Gün ərzində 1,5-2 milyon şəxsə peyvəndin vurulması nəzərdə tutulur. Ölkə üzrə peyvəndləmə dörd mərhələdə aparılacaq.
O da diqqətə çatdırılıb ki, Çindən əlli milyon doza peyvənd Türkiyəyə hissə-hissə keçiriləcək. Peyvənd hər şəxsə 14-21 gün fasilə ilə iki doza vurulacaq. Hələlik peyvəndləmə könüllüdür.
Qeyd edək ki, bu gün əksər ölkələr “Sinovac” peyvəndinin daha əlverişli olduğunu hesab etdiklərinə görə ondan istifadəyə qərar veriblər. Bu peyvənd klinik sınaqlardan uğurla çıxıb və bir sıra göstəricilərinə görə onun koronavirus infeksiyasına qarşı daha ciddi təsirə malik olduğu təsdiqlənib.

Bu xəbər oxucular tərəfindən 1315 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |