Şrift:
Erməni terroru nəticəsində ağır xəsarət almış zərərçəkənə sosial dəstək göstərilir
25.12.2020 [11:13] - Xəbərlər, Sosial
Erməni terrorundan zərər çəkən həmvətənlərimizdən biri də Bərdə rayon sakini Şirinov Elçin Həvəskar oğludur. 36 yaşlı Elçin erməni faşistlərinin oktyabrın 28-də Bərdəyə raket hücumu nəticəsində xəsarət alıb, ayağı amputasiya olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Elçin və onun ailəsi ilə görüşüblər. Ailə onun həyat yoldaşı, 10 və 6 yaşlarında iki uşağından ibarətdir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, yaxın günlərdə onun əlillik təyinatı aparılacaq, sonra isə aylıq sosial ödənişlə təmin olunacaq. Bu barədə zərərçəkənə məlumat verilib.

Həmçinin taksi fəaliyyəti ilə məşğul olmuş Elçinin avtoyuma üzrə özünüməşğulluq proqramına qoşulmaq istəyi nəzərə alınmaqla, həmin proqrama növbədənkənar cəlb edilib. Yaxın günlərdə avtoyuma üzrə xidmət sahəsini yaratmaq üçün lazımı avadanlıqlarla təmin olunacaq.
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed