Şrift:
Behnam Şeyxi və Həmid Mənafi Nadarlı Evin həbsxanasına geri dönüblər
25.12.2020 [11:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Onlar, 29 Noyabr bazar günü, “Bəharistan Rayonunun (Tehran) Məhkəmə Qərarlarının İcrası İdarəsi” tərəfindən məhkəmə sisteminin koronovirusun qırmızı(təhlükəli) vəziyyəti ilə bağlı verdiyi sərəncama əsasən tibbi məzuniyyətə göndərilmışdılər.



Şeyxi və Mənafi cənabları, Əkbər Azad və Əlirza Fərşi ilə birlikdə 2013-cü ildə Dünya Ana Dili Günü mərasimində iştirak etdikləri üçün həbs olunmuşdular. Qanunun 499-cu maddəsinə əsasən, hər biri Tehran Apellyasiya Məhkəməsinin 54 saylı şöbəsində 2 il həbs cəzasına məhkum edilmışdi.

Onlar "milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq" ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən hər biri iki il həbs cəzasına məhkum edilib.

Əlirza Fərshi və Tohid Əmirəmini, Beynəlxalq Ana Dili Gününü tədbirlərinin keçirilməsinə görə, hələ də Böyük Tehran və Evin həbsxanalarında cəza çəkirlər.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed