29.10.2011 [17:21] - Gündəm
Bu gün Stockholmda keçiriləcək Azərbaycan Qadın Qurultayında Qənirə xanım Paşayeva da iştirak edəcək
Dəyərli yurddaşlar , əziz dostlar oktiyabr ayının 29.10.2011-ci il tarixində keçırəcəyimiz Qadın toplantısına Azərbaycanın dəyərli millət Vəkili və hər zaman hər yerdə Güney Azərbaycanlıların haqlarını müdafiə edən Qənirə Xanım Paşayeva qatılacaq. Qənirə xanımın Azərbaycan Qadın sorunları, Güney Azərbaycanın Milli mucadiləsi və Qarabağ haqqında çıxış edəcək.
Siz dəyərli yurddaşlarımızı qadınlı-kişili bu toplantıya dəvət edirik.
Yer: ABF huset Stockholm
Çağ: 29 oktyabr
Saat 10-17
Toplantı gecə ise yemək və Azərbaycan konsertilə davam edəcək.
Sayğılarımızla
Qadın Qurultayı Komitəsi
Azərbaycan Federasiyası İsveç
0707120117
0735908000
0707120548
İRANLI JURNALİST “JURNALİSTİKADA ŞÜCAƏT” BEYNƏLXALQ MÜKAFATINA LAYİQ GÖRÜLÜB
“Röyters” xəbər agentliyinin Tehrandakı ofisinin keçmiş rəhbəri, iranlı jurnalist Pərisa Hafizi “Jurnalistikada şücaət” beynəlxalq mükafatına layiq görülüb. Jurnalistin mükafat üçün namizədliyi bundan əvvəl irəli sürülmüşdü.
, Mərkəzi ofisi Vaşinqtonda olan “Qadın Mediaları Beynəlxalq Fondu”nun 2011-ci il üçün “Jurnalistikada şücaət” beynəlxalq mükafatına layiq görülən Pərisa Hafizi 2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlardan sonra tutulub həbsə salınaraq dəfələrlə təzyiqə məruz qalıb, döyülüb.
Mükafatın verilməsi üçün oktyabrın 27-də Nyu-Yorkda keçirilən mərasimə qatılan 41 yaşlı Pərisa Hafizi jurnalistlərə açıqlamasında seçki sonrası hadisələrdə İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) onu tutub dindirib təhdid etməsindən sonra ölkəni tərk etmək məcburiyyətində qaldığını vurğulayıb: “2009-cu ilin mübahisəli prezident seçkisindən sonra həmkarlarımın çoxu ölkəni tərk etdilər. Lakin mən qalmalı idim. Qalıb xəbərləri işıqlandırmalı idim. Mən qalıb işimi görüb ölkədə nə baş verdiyini dünyaya çatdırmalı idim.
Çoxları məndən soruşurlar ki, bu peşənin öhdəsindən necə gələ bilirəm. Mən də onlara deyirəm ki, bu mənim peşəm yox, həyatımdır”.
İRAN MƏRKƏZİ BANKININ RƏİS MÜAVİNİ TUTULUB
İran Mərkəzi Bankının rəis müavini Seyid Həmid Purməhəmmədi tutulub. Həbs İranın bank sistemi tarixində baş vermiş ən böyük bank oğurluğu ilə əlaqələndirilir.
2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 3 milyard dollar mənimsənib.
Oktyabrın 27-də jurnalistlərə açıqlama verən İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bank oğurluğu ilə bağlı 33 nəfərin tutulduğunu bəyan edib.
İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri bu qalmaqala görə ötən ay istefaya gedib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.
KONSTİTUSİYAYA NƏZARƏT ŞURASININ SÖZÇÜSÜ: “PREZİDENT POSTUNUN LƏĞVİ ÖLKƏ KONSTİTUSİYASINA ZİDD DEYİL”
Oktyabrın 28-də jurnalistlərə açıqlama verən Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi prezident postunun ləğv olunması təklifinə mövqe açıqlayıb.
Abbasəli Kədxudayi İranda prezident postunun ləğv edilərək icra hakimiyyəti rəhbərliyinin parlamentin seçdiyi şəxsə tapşırılmasının məqsədəuyğun olduğunu bildirib: “Prezident postunun ləğvi, onun yerinə parlament sisteminin bərqərar olunması ölkə konstitusiyasına zidd addım deyil”.
Sentyabrın 21-də İran parlamentinin mühafizəkar deputatı Həmidrza Katuziyan ölkədə prezident postunun ləğv edilməsi, baş nazir postunun bərpa olunması ətrafında danışıqlar getdiyini açıqlayıb.
Oktyabrın 16-da Kirmanşah şəhərində tələbələr qarşısında çıxış edən İranın dini lideri ayətullah Əli Xamneyi gələcəkdə ölkədə prezident postunun ləğv olunmasının mümkünlüyündən danışıb. Xamneyi deyib ki, prezident postunun ləğv olunub baş nazir postu ilə əvəz edilməsində heç bir problem görmür.
İranın sabiq prezidenti, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri Ayətullah Haşimi Rəfsəncani oktyabrın 24-də jurnalistlərə açıqlamasında ölkədə prezident postunun ləğv edilməsinin konstitusiyaya zidd olduğunu bəyan edib.
Rəfsəncani deyib ki, prezident postunun ləğvi və parlament sisteminin bərqərar olunması xalqın seçim imkanını zəiflədəcək: “İranda parlament sisteminin gerçəkləşdirilməsi respublika quruluşunun mahiyyətində dəyişiklik edilməsindən asılıdır. Bu isə xalqın seçim imkanını və respublika üsul-idarəsini zəiflətdiyinə görə konstitusiyaya zidd addımdır. Güman edirəm ki, rəhbərin də nəzərdə tutduğu bu deyildi”.
İSLAHATÇI İSLAM İNQİLAB MÜCAHİDLƏRİ TƏŞKİLATININ ÜZVÜNƏ 5 İL HƏBS VERİLİB
İslahatçı İslam İnqilab Mücahidləri Təşkilatının yüksək rəsmisi Abdulla Nasiri 5 il həbsə məhkum edilib. Tehran məhkəməsi oktyabrın 25-də Abdulla Nasirini qanunsuz toplantılara qatılmaqda və hakimiyyət müxalifi olan qüvvələrlə əməkdaşlıqda təqsirli bilib.
İrandakı “yaşıl hərəkat” tərəfdarlarından olan Abdulla Nasiri 2010-cu ilin fevral ayında Tehranda keçirilən etiraz aksiyasından sonra öz mənzilində tutulmuşdu. Siyasi fəal bir aya yaxın saxlandıqdan sonra 50 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
Keçmiş prezident Məhəmməd Xatəminin yaxın adamlarından olan Abdulla Nasiri tarixçi alim, universitet müəllimidir.

Bu xəbər oxucular tərəfindən 1041 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |