Şrift:
İran rejimi Suriyaya qaz kəməri tikir
21.11.2012 [10:52] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
İran İraqdan keçməklə Suriyaya qaz kəmərinin çəklişinə başlayıb. İran bu yolla son zamanlar məhrum olduğu enerji gəlirlərini bərpa etmək fikrindədir. Uzunluğu 1500 kilometr olan kəmərin 3 milyard dollara başa gələcəyi bildirilir.
Qeyd edək ki, qaz kəmərinin tikilməsi ilə bağlı razılaşma bu ilin iyulunda (july) qəbul edilib. Layihənin 2013-cü ilin ikinci yarısında tamamlanacağı bildirilir.
Xatırladaq ki, İranın neft və qaz nəqlində embarqo (təhrim) səbəbindən ciddi problemlər yaranıb. Avropa ölkələri İrandan neft idxalını dayandırıb.
Bu xəbər oxucular tərəfindən 1283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed