Şrift:
Oman hökuməti sərhədlərin açılmasına qərar verib
28.12.2020 [10:35] - Gündəm, Sosial
Dekabrın 29-dan etibarən Oman quru, hava və dəniz sərhədlərinin açılmasına qərar verib

İnterfaks agentliyi xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Ölkəyə daxil olmaq üçün Omana gəlməzdən ən geci 72 saat əvvəl edilən koronavirus testinin mənfi cavabını təqdim etmək lazım olduğu qeyd edilir. Bundan əlavə, sərhəd giriş nöqtələrindən hər hansı birinə çatdıqdan sonra daha bir test ediləcəyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed