21.11.2012 [10:59] - Hərb
Hərbçilərimizin 68-i hərbi hissələrdə, 15 nəfəri isə döyüşdə həlak olub
2012-ci ilin 11 ayında 87 hərbçimizi itirmişik. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticəsi belədir. Ötən müddətdə 79 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 15-i döyüş (15 nəfər erməni gülləsi), 3-ü mina, 1-i əməliyyat, 68-i isə qeyri-döyüş itkiləridir.
7 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 14 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 10 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 10 nəfər xəstəlikdən dünyasını dəyişib. 18 nəfər intihar edib. Dünyasını dəyişənlərin 77-i Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 4-ü Daxili Qoşunların, 1-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (79 nəfər) onların 14-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 1-i intihara cəhddən, 13-ü erməni gülləsindən, 7 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 8-i bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma, yanma), 3-ü əməliyyat tədbirlərindən, 32-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 72 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfər Daxili Qoşunların hərbi qulluqçusu, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 1 nəfərsə FHN Akademiyasının müdavimidir.

Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |