Şrift:
Bu gündən Yaponiyaya giriş məhdudlaşdırılır
28.12.2020 [10:41] - Xəbərlər, Sosial
Yaponiya hökuməti bu gündən ölkəyə giriş qadağasını tətbiq edir və bütün dünya ölkələrinin vətəndaşlarına vizaların verilməsini dayandırır.

TASS agentliyinə istinadla xəbər verir ki, qadağa ən az gələn ilin yanvar ayının sonunadək qüvvədə olacaq.

Beləliklə, ölkəyə yalnız burada daimi yaşayan və uzunmüddətli vizaları olan vətəndaş və əcnəbilər daxil ola biləcəklər. Britaniya ştammının aşkar edildiyi ölkələrdən qayıdan müsafirlər sərhəddən keçərkən gəlişindən əvvəl 72 saat ərzində əldə olunan koronavirus testinin mənfi cavabını təqdim etməli, hava limanında isə daha bir testdən keçməli olacaqlar.

Hökumətlərarası müqavilələrə uyğun olaraq Çin, Cənubi Koreya, Tayland, Vyetnam, Sinqapur, Malayziya və s. daxil olmaqla Asiyanın 11 ölkəsindən və bölgələrindən iş adamları və işgüzar heyətlər Yaponiyaya girə biləcəklər.

Eyni zamanda, miqrasiya nəzarəti xidməti 28 dekabrdan əvvəl verilmiş vizaların etibarlılığını ləğv etməyib. İstisna İngiltərədə və Cənubi Afrikada əldə edilən sənədlərə və Yaponiyaya gəldikdən əvvəl 14 gün ərzində bu iki ölkəyə səyahət etmiş insanlara aiddir. Bu kateqoriyalar üçün ölkəyə giriş bağlıdır.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed