28.12.2020 [10:56] - Gündəm, Sosial
Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli və yenilməz Ordumuzun əldə etdiyi möhtəşəm Qələbənin sonsuz sevinc və qürur hisslərini yaşayır. Qələbənin qazanılması, işğal altındakı torpaqlarımızın azad olunması münasibətilə qurbanlar kəsilir, şəhid ailələri və müharibə əlilləri ziyarət edilərək, qurban payları verilir.
Beyləqan rayonunda fərdi təsərrüfat sahibi 100 baş qoyun kəsərək şəhid ailələrinə və müharibə əlillərinə paylayıb. Təsərrüfat sahibi Fərid Qəhrəmanov bildirib ki, torpaqlarımızın azad olunması ən byük arzusu olub: "Əhd eləmişdim ki, torpaqlar azad olunanda 100 baş qoyun qurban kəsəcəyəm. Ali Baş Komandanın və qüdrətli ordumuzun sayəsində torpaqlarımız işğaldan azad olundu. Biz də bu gün 100 baş qoyun qurban kəsdik. Rayon ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinin ailələrinə paylayacağıq. Bir neçə gündən sonra əsgər qardaşlarımıza da qurban payları göndərəcəyik".
Müharibədən əvvəl Beyləqan rayonunda saxlanılan mal-qaranın yay aylarında Laçın və Kəlbəcər rayonlarındakı yaylaqlara aparıldığını deyən təsərrüfat sahibi tezliklə bu arzularının da reallaşacağına əminliyini ifadə edib. "30 ilə yaxın idi ki, fermerlər sürülərini yaylaqlara apara bilmirdilər. Artıq bu arzumuz da reallaşır. Torpaqlarımız azad edildiyindən təsərrüfatlarımızı Laçın və Kəlbəcər rayonlarında inkişaf etdirə biləcəyik" - deyə, F.Qəhrəmanov əlavə edib.

Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |