Şrift:
COVID-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası canlı yayımda müzakirə olunub
29.12.2020 [11:45] - Gündəm, Mədəniyyət
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə “COVID-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası” mövzusunda onlayn dəyirmi masa keçirilib.

UNEC-dən bildirilib ki, universitetin Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayevanın təşəbbüsü ilə keçirilən dəyirmi masada ölkənin ali təhsil müəssisələrinin kitabxana rəhbərləri, mütəxəssislər iştirak ediblər.

Tədbirdə “Kitabxanalarda rəqəmsallaşdırma: texniki təminat və hüquqi aspektlər”, “Kitabxanaların fəaliyyətinin iqtisadi aspektləri”, “Kitabxanaların onlayn xidmətlərində ünsiyyət məhdudiyyətləri”, “Distant təhsilin informasiya-resurs təminatında universitet kitabxanalarının vəzifələri” mövzularında təqdimatlar olub. Çıxışlardan sonra elektron kitabxanaların hazırkı durumu, mövcud problemlər və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı universitetlərdə gələcəyə baxış konsepsiyasının müəyyənləşdirilməsi, rəqəmsal resursların günün tələbinə uyğun formalaşdırılması, universitetlərin vahid rəqəmsal resurs mərkəzinin yaradılması, universitetlərdə çalışan kitabxana mütəxəssislərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yerli və beynəlxalq təlimlərin təşkili barədə təkliflər səsləndirilib.

UNEC-in rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan müzakirələr böyük maraqla qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed