Şrift:
Qorxu hissi ilə yaşayanların istənilən virusa yoluxması mümkündür
29.12.2020 [11:48] - Gündəm, Sosial
Qorxu və həddindən artıq qorunanlar yeni növ koronavirus (COVID-19) infeksiyasına daha tez yoluxurlar. Doğrudur, diqqətli olmaq və qorunmaq tövsiyə edilsə də, psixoloji olaraq özünü buna hazırlamamaq bəzən yoluxmanı tezləşdirə bilər. Yoluxmanın artmasının kökündə psixoloji amillər də dayanır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib : “Bəzi insanlar xəstələnmədiyi və heç bir problem olmadığı halda eşitdiyi hansısa xəbərdən, kiminsə COVID-ə yoluxmasından özünü xəstəliyə yoluxmuş kimi görür. Təbii ki, bunlar obsessiv əlamətlərdir. Belə problemlərdən əziyyət çəkənlər çox ciddi gərginlik keçirir, həyəcan səviyyəsi artır və immunitetin səviyyəsi aşağı düşür. Belə vəziyyətdə olanda istənilən virusa yoluxmaq mümkündür”.

Psixoloqun dediyinə görə, belə insanlar çox vaxt düşünürlər ki, xəstəlik ölümə bərabərdir və bu düşüncələr xəstəliyin həqiqətən də ağırlaşmasına aparıb çıxarır. Ona görə də qorxu hissi yüksək olan belə insanlara yoluxma statistikası ilə maraqlanmaq da məsləhət görülmür. Bundan başqa koronaviruslu xəstələrin 80 faizində nevroloji əlamətlər aşkarlanır.

“Onlarda həyəcan səviyyəsi çox yüksəkdir, ipoxandiv, obsessiv, sayrışan hallar nevrozu çox olur və bu hallarla mübarizə aparmaq üçün psixoloji dəstəyə ehtiyac var. Ona görə də şüurda psixoloji olaraq özümüzü qorumaqla belə hallarla mübarizə aparmaq lazımdır”, - deyə həmsöhbətimiz bildirib.
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed