29.12.2020 [12:02] - Xəbərlər, Sosial
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən müəllimlərin işə qəbulu üçün bu il noyabrın 17-də elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.
Mərkəzdən 156 vakant vəzifə çıxarılan müsabiqəyə ən çox Şərur rayonu (41), Ordubad rayonu (39) və Şahbuz rayonu (26) üzrə vakant vəzifə təqdim olunub.
Müsabiqədə iştirak etmək üçün 262 namizəd sənəd təqdim edib ki, ən çox müsabiqə vəziyyəti Tarix (49), İbtidai sinif müəllimliyi (45), İngilis dili (38) və Coğrafiya (24) ixtisasları üzrə qeydiyyata alınıb.
Test imtahanlarında hər bir namizədə, ümumilikdə, 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir.
Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur.
Test imtahanları yanvarın 11-dək davam edəcək.

Bu xəbər oxucular tərəfindən 307 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |