Şrift:
Amerika Alimləri Federasiyası: “ABŞ-ın İrana hücumu dünya iqtisadiyyatına 1,7 trln dollara başa gələ bilər”
21.11.2012 [12:04] - Gündəm, İqtisadiyyat
“ABŞ-ın İrana hücumu dünya iqtisadiyyatına 1,7 trln dollara başa gələ bilər”. “Fars” xəbər agentliyinin məlumatına görə, bu barədə Amerika Alimləri Federasiyasının (The Federation of American Scientists) hesabatında deyilir. Sənəddə İrana mümkün hərbi müdaxilənin maliyyə xərcləri də hesablanıb: “Amerika alimlərinin hesablamasına görə, ABŞ-ın İranı bombalaması üçün 1.2 trln. dollar, bu ölkənin nüvə obyektlərini məhv etməsi üçün isə 700 mlrd dollar vəsait sərf olunmalıdır”. Hesabatda həmçinin vurğulanır İrana qarşı tətbiq olunmuş sanksiyalar davam etdirilərsə, dünya iqtisadiyyatı bundan da ciddi zərər görəcək: “Bu səbəbdən İran nüvə proqramı ətrafında yaranmış gərginliyin yeganə sərfəli həll yolu diplomatik danışıqların davam etdirilməsidir”.
Bu xəbər oxucular tərəfindən 1316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed