30.12.2020 [11:25] - Gündəm, İqtisadiyyat
Bu il Azərbaycanda 1037507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır. Bu sahələrin 564793 hektarı suvarılan, 472714 hektarı dəmyə sahələrdir. 2020-ci ildə 61 rayonda və Naxçıvan Muxtar Respublikasında payızlıq əkin həyata keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 25-dək proqnozlaşdırılan əkin sahələrinin 95,9 faizində şum aparılıb, 929760,3 hektar sahədə isə səpin işləri həyata keçirilib. Cari tarixədək fermerlər tərəfindən 574383,4 hektar sahədə buğda, 355376,9 hektar sahədə arpa səpilib.
Əvvəlki illərdən fərqli olaraq fermerlər əkin zamanı sertifikatlı toxum səpməyə üstünlük verirlər. Sertifikatlı toxumdan istifadə məhsuldarlığın əsas amillərindən biri hesab olunur. Bu günədək səpin prosesində 139148,7 ton sertifikatlı toxumdan istifadə olunub ki, bunun da 99137,2 tonu buğda, 40011,5 tonunu isə arpa toxumu təşkil edir.
Artıq 33 rayonda payızlıq əkinlərlə bağlı şumlama prosesi tam başa çatıb, 19 rayonda isə faktiki şum göstəricisi 90 faizin üzərindədir. Əvvəlki illərdə olduğu kimi, bu il də ən çox taxıl əkininin Cəlilabad (70220 ha) və Şəki (67000 ha) rayonlarında aparılacağı proqnozlaşdırılır. Kürdəmir (45000 ha), Neftçala (43000 ha), Şamaxı (42000 ha), Füzuli (37000 ha), Ağsu (35380 ha), Biləsuvar (33000 ha), Hacıqabul (33000 ha), Qobustan (32000 ha), İsmayıllı (30000 ha), Ağcabədi (28324 ha) və Sabirabad (25300 ha) rayonları ən çox taxıl əkini aparılması proqnozlaşdırılan rayonlar sırasındadır. Ölkə üzrə payızlıq taxıl əkinlərinin təxminən 50 faizi bu 13 rayonun payına düşür.
Bu il Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 36880 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.
Payızlıq əkinlərlə əlaqədar şum işləri və taxıl səpininin optimal müddətdə yekunlaşması gözlənilir.

Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |