30.12.2020 [11:28] - Gündəm, Sosial
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları nəzarət-profilaktiki yoxlamaları davam etdirirlər.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, dekabrın 29-da da bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanıb. Nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 6693 nəqliyyat vasitəsi müəyyənləşdirilərək geri qaytarılıb. Eləcə də qeyd edilən müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2396 nəfər barədə inzibati tənbeh tədbiri tətbiq olunub.
Bununla belə, müvafiq icazə almadan qanunsuz sərnişindaşıma ilə məşğul olmağa cəhd edən yeddi taksi sürücüsü aşkarlanaraq inzibati qaydada həbs edilib.
Eyni zamanda, ev şəraitində müalicə təyin edilən 13 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyənləşdirilərək evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.
Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də, nazirlik vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edir.

Bu xəbər oxucular tərəfindən 331 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |