21.11.2012 [14:17] - Gündəm, Siyasət
22 dekabr MDHP Lideri, Millət Vəkili Fərəc Quliyevin 50 yaşı tamam olur.
19 noyabr 2012-ci ildə bir neçə mətbuat səhifələrində gedən xəbərləri oxuduqda Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat Fərəc Quliyev haqqında “çamur atmaq” düşüncəsi ilə yazılan yazıları gördüm. “Davam.az” redaksiyasının arxivində səliqə ilə qovluqlarda olan qəzetləri vərəqləməyə başladım. Əlimə 25-29 dekabr 1997-ci il buraxışlı “Cümhuriyyət” qəzeti keçdi. Bu qəzet dərc olunanda mənim 7 yaşım olub. Qəzet sapsarı saralmağına baxmayaraq, oradakı Fərəc bəy haqqında yazılan yazı məni lap heyrətə gətirdi. Əgər mən 7 yaşımda bugün yazılan xəbərləri oxusaydım mətbuatın yazılarna inanardım, çünki Fərəc bəyi tanımırdım. Bildiyimiz kimi, Fərəc bəy Azərbaycan xalqının müstəqilliyi uğrunda savaşmış insanlardan və mütəqillik aktının müəlliflərindən və həmçinin “Soyuq” yüksəkliyini ələ keçirən 25 nəfərdən biridir.
1993-cü ildə Erməni və Rus separatçılığına qarşı silahlı dəstələri yaratmışdı və buna görə azadlıqdan məhrum edilmişdi. Ancaq Fərəc bəy bunu özünə şərəfli iş hesab edirdi. Fərəc bəy həbsxanada boş-boş yataraq günlərinin gəlib keçməsini gözləməyib, o, məhbəsdə belə xalqını millətini düşünüb. 5 kitab və 14- 15 konseptual məqalə yazmışdır və davamlı olaraq mətbuata öz məqalələrini göndərmişdir.
Fərəc bəy, tək-tənha 3 il yarım kamerada qalıb. Dörd koloniya, 6 təcridxana yaşayıb, 45 müxtəlif kamerada olub. Bütün bunlara baxmayaraq o elədiklərinin doğru olduğuna inanıb. O, bir fikri əsas götürüb insan biləndə ki, haqlıdır və o haqq işi görür, bu zaman fiziki əzablar ona mənəvi ləzzət verir. Bütün bu əziyyətləri görən adama bir yubiley keçirmək qəbahətdirmi? Bəyin parlamentdən məhbəsə, məhbəsdən parlamentə olan bir yolu var və hal-hazırda da onun parlamentdəki aktiv fəaliyyəti göz önündədir.
Hər insan özünə ad günü, yubiley keçirər, hətta bu mərasimi şadlıq evlərində də edə bilər və bu çox normal haldır. Burada qəbahətli bir iş yoxdur. Millət vəkili yubiley keçirməz deyə bir anlayış yoxdur. Fərəc bəyi tanıyan hər kəs bilir ki, 22 dekabr onun doğum günüdür və hesabdan başı az-maz çıxan adamlar bilirki, 2012-ci ilin 22 dekabırında Fərəc bəyin 50 yaşı tamam olur. Mətbuat isə bu xəbərin gizli olduğunu deyir. Burada gizlətməli bir şey yoxdur...
1997-ci ilin “Cümhuriyyət” qəzetindən bir hissəni oxuculara maraqlı olduğu üçün təqdim edirəm: “Fərəc Quliyevin 35 yaşı tamam oldu. Amma Fərəc bəy bu günü məhbəsdə qarşıladı. Zaman gələcək ki, haqq tutacaq yerini və Fərəc bəy ad gününü bizimlə birgə qeyd edəcək...”
Zaman gəldi, haqq yerini tutdu və bəy bizimlə birgədir. Fərəc bəy yubileyini ən möhtəşəm şəkildə, ən möhtəşəm məkanda keçirməyə layiq olan adamdır və bu onun doğal haqqıdır.
Davam.az kollektivinin ən gənci: LEYLA.
DAVAM.AZ: “... kəkildəyən adamdan radioda veriliş aparıcısı olmaz,
... mətbuat qarayaxmaq yeri deyil,
... öndəki aparıcı adamları ləkələməklə sən para qazanarsan, amma övladın kölə olar və sənin oğurladıqlarını da itirər...”

Bu xəbər oxucular tərəfindən 1844 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |