30.12.2020 [16:48] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Onlar bölgəni tərk etməlidirlər, çünki...”
“Azərbaycan 100 min şəhid verməyə hazırdır, amma 100 metr torpaq yox”
Qarabağdakı Rusiya sülhmərmalılarının təlimlər keçməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Maraqlıdır, Rusiya sülhməramlılarının Qarabağda təlim keçməsi nə dərəcədə məntiqlidir? Bu, bölgə dövlətləri üçün “əzələ nümayişi” kimi qiymətləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev Rusiya sülhməramlılarının ciddi pozuntulara yol verdiyini vurğuladı:
““Çağırılmayan qonaqlar” özlərini çox pis aparır. Mən ona görə də bunları “çağırılmayan qonaq” adlandırıram ki, onların bura gəlişini sadəcə şərtlər diktə edib. Rusiyanın bölgəyə gəlişi guya Azərbaycan əsilli erməniləri Azərbaycanda qorunması məqsədi ilə atılıb. Protokolda Rusiya sülhməramlıları ilə bağlı 1-ci və 4-cü bəndlər yer alıb. Bəndin biri budur ki, Rusiya sülhməramlıları bölgəyə gəlir və buna paralel olaraq emrəni silahlılarını bölgədən çıxarırlar.
Rüstəm Muradov bu torpalarda özünü generaldan daha çox, general-qubernator kimi aparır. Onlara aid olmayan işlələr məşğuldurlar. Burunlarını hər yerə soxurlar. Onlar başa düşməlidirlər ki, bura Azərbaycan torpağıdır. Rusiya sülhməramlıları Azərbaycan əraizisndə bizim mülki hüquqlarımıza müdaxilə etməməlidir. Rusiya sülhməramlılarının bölgəyə gətirdiyi silahlar da mülki əhali arasında hər hansı konfilikt olarsa, bu konfiliktə müdaxilə etməyə yetəcək adi atıcı silahlar ola bilərdi. Onlar bura təlim keçməyə gəlməyib. Hər bir ölkə sülhməramlı missiya üçün hərbçi göndərəndə, özünün ən seçilmiş hərbçilərini göndərir. Bizə kiminsə əzələ nümayiş etdirməsi keçməz. Biz 30 il əvvəlin Azərbaycanı deyilik. Bu hadisələrə protokolaşdırmalı, aktlaşdırılmalıdır. Günün birində Azərbaycan bu faktları Putinin qarşısına qoyub deməlidir ki, sənin sülhməramlıların öz işini görə bilmir və buna görə də bölgəni tərk etməlidir. Burada üç məqam var: ya bunlar işlərini bacarmırlar, ya etmək istəmirlər, ya da ermənilərin tərəfindədirlər. Hər üç halda buradan getməlidirlər. Çünki onların nəzarət etdiyi bölgədə erməni silahlıları mövcuddur. Onlar Azərbaycana qarşı təxribatlar törədirlər. Şəhdilərimiz var. Bu şəhidlərin qanı Rusiyanın üzərindədir. Hesab edirəm ki, bunların üzərində çox ciddi nəzarət qoyulmalıdır. Nəinki Laçın koridorunda onların Azərbaycan gətirdiyi ermənilər yoxlanılmalıdır, sülhməramlıların özləri də yoxlanmalıdır. Çünki bizim taleyimizdə 366-cı rus alayı ilə qarşılaşma var. Bu alayın tərkibində ermənilər var idi və komandirin müavini də erməni idi. Bu gün bölgədəki Rusiya sülhmərmalılarının da tərkibi yoxlanılmalıdır”.
Fərəc Quliyevin sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağa çoxlu sayda ermənini köçürmək cəhdi də narahatlıq doğuran məqamlardandır:
“Azərbaycan xüsusi təytinatlılarının əsir aldığı ermənilər azmış ermənilər deyildi. Onların üzü qırxılmışdı, paltarları tərtəmiz idi. Onların bölgədə sonradan yerləşdiyi ehtimalı böyükdür. Rusiya sülhməramlıları bu ərazidə hər hansı infrastrukturun yaradılması ilə məşğul olmamalıdır. Bura Azərbaycan ərazisidir. Rusiya sülhməramlıları iki etnos arasında konflikt olarsa, onu ayırmaqla məşğul olmalıdır.
Onlar küçədən tutduqları bütün erməniləri Azərbaycan ərazisinə doldururlar. Bilinmir ki, gələn kimdir. Halbuki, sazişdə göstərilib ki, Qarabağdan qovulan türk əsilli azərbaycanlılar da bölgəyə qaytarılmalıdır. Bir nəfər qaytarılmayıb. Bunların qaytarılması təmin olunmalıdr. Xankləndində 12 mion 500 nəfərə qədər Azərbaycan türkü yaşayırdı. Onların evləri boşaldılmalı, qayıdışları təmin edilməli, oradakı erməni yaraqlıları çıxarılmalıdır.
R.Muradov orada gündə bir adamı qəbul edir. Azərbaycanın ərazisində Ermənistanın müdafiə naziri nə qələt edir? Əgər R.Muradov danışmaq istəyirsə, o zaman Azərbaycanın iradəsini ifadə edən prezidentimizlə danışmalıdır. Başqa adamla danışa bilməz.
Hesab edirəm ki, Rusiya sülməramlılar protokolun qaydalarını ciddi şəkildə pozurlar. Onların ölkəmizi tərk etməsi qaçılmaz hal almaqdadır. Biz bütün problemlərin dinc yolla həllini istəyirik. Lakin biz heç kimdən çəkinmirik. Hər kəs bilməlidir ki, Azərbaycan 100 min şəhid verməyə hazırdır, amma 100 metr torpaq yox”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |