30.12.2020 [16:51] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ermənistan prezidenti Armen Sarkisyan ölkəsinin acınacaqlı vəziyyətə düşməsi ilə bağlı geniş məzmunlu etiraflar edib. O bildirib ki, 44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub, ölkədə daxili qarşıdurma pik həddə çatıb: “Ermənistan ağır sosial-iqtisadi böhran içindədir. Səhiyyə, koronavirus, müharibədə itkilər, onların ailələri. Onlara pensiyalar lazımdır, psixoloji yardım göstərilməlidir. Cəbhədən qayıdan yaralılar, hərbçilərlə kim məşğul olacaq? Onlar hardan iş tapacaqlar? Biz təkcə dövlətin deyil, millətin böhranını yaşayırıq - səhiyyə, maliyyə, iqtisadi, psixoloji, humanitar və s. - bütün sahələrdə böhrandır”.
Ermənistan prezidenti, çıxış yolu kimi, hakimiyyətin istefası ilə yanaşı, həm də referendum keçirilib konstitusiyaya dəyişikliyin edilməsini, daha doğrusu, onun insana xidmət halına salınmasını təklif edib. Ölkədə konstitusiya islahatının aparılması Ermənistanda dövlətçiliyi tam dağılmadan qoruya biləcəkmi?
“Ermənistanın gələcəyi ilə bağlı ortaya konseptual t
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan prezidentinin bu təklifi daha çox özünə hakimiyyət üçün yol açmağa və əlavə səlahiyyətlər əldə etməyə hesablanıb: “Ermənistanda elə bir vəziyyət yaranıb ki, bütün siyasilər özlərini sanki bazara çıxarıblar. Fikir verdinizsə, həmin iclasda Sarkisyan rus dilində danışırdı. Bu, Rusiyaya verilən mesaj idi ki, Paşinyanın yerinə mənə stavka edə bilərsiniz. Çıxışında bir neçə dəfə heç bir səlahiyyətinin olmadığına işarə etdi. Hətta generala deyir ki, ona medal vermək səlahiyyəti belə yoxdur. Bununla ilk növbədə yaxasını məsuliyyətdən kənara çəkmək istəyir. Bilir ki, bu gün Paşinyanın istefasını tələb edən cəmiyyət sabah onun da yaxasından yapışacaq. Çünki, səlahiyyəti az olsa belə, prezident kimi hakimiyyətdə olub. Konstitusiya islahatını isə o, heç də Ermənistanı ağ günə çıxarmaq üçün təklif etmir. Ölkənin quruluşunu əvvəlki qaydaya, yəni prezident üsul-idarəsinə qaytarmaq istəyirlər. Baxdılar ki, zor gücü ilə Paşinyanı devirə bilmədilər, indi konstitusiyanı dəyişib, yeni seçki keçirməyi tələb edirlər. Paşinyanın özü də buna gedəcəyini açıqlayıb. Prezident özü üçün münbit şərait yaratmaq istəyir. Eyni zamanda məğlubiyyət mirasından canını qurtarmaq istəyir”.əklif qoyulmadığı üçün prezidentin də islahat təklifini mənasız sayıram”
Fərəc Quliyevin sözlərinə görə, bütün bu layihələr Ermənistana yox, şəxsi maraqlara xidmət edir: “Prezident də daxil olmaqla, Ermənistandakı heç bir siyasi qüvvə gələcəklə bağlı konsepsiya təklif etməyib. Bütün təkliflərdə ittiham var. Siyasətçilər yalnız bunu deyir ki, mən olsaydım bunu edərdim. Ermənistanın gələcəyi ilə bağlı ortaya konseptual təklif qoyulmadığı üçün prezidentin də islahat təklifini mənasız sayıram. Ermənistanın özünə gəlməsi 10 illərlə çəkəcək. Çünki çox ağır zərbə alıb. Ortaya yeni ideologiya qoymasalar, onların nicatı yoxdur. Bunun üçün qonşu ölkələrlə mehriban yaşamağı öyrənməli, əsassız ərazi iddialarından əl çəkməlidirlər. Ermənistanın xilası yeni yanaşmanın ortaya qoyulmasından keçir”.
Həmsöhbətimiz bildirdi ki, Armen Sarkisyanın təklifindən islahat yox, daha çox hakimiyyətə yiyələnmək hərisliyi iyi gəlir.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |