Şrift:
Professor Qulamrza Səbri-Təbrizinin “vəhdəti-vücud” fəlsəfəsi haqqında düşüncələrim
21.11.2012 [17:04] - DAVAMın yazıları
Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru


Azərbaycanın mühacir şair və ədəbiyyatşünası, Edinburq Univsertitetinin professoru Qulamrza Səbri-Təbrizinin haqqında çox danışmaq olar. Səbri Təbrizi, şübhəsiz, böyük pedaqoq, inqilab öndəri, şair, ictimai xadim və ədəbiyyatçıdır. Lakin biz onun XXI əsrin fəlsəfi fikrinə yeni bir ideya gətirən filosof olaraq haqqında danışacağıq.

İnsanlar yüzillərdir ki, “insan necə yaranıb?” və “ cənnət və cəhənnəm” varmı sualına cavab axtarırlar. Tarix boyunca bununla bağlı minlərlə model ortaya atılıb. Lakin biraz araşdıranda bəlli olur ki, bu nəzəriyyələrin hamısı təməldə bunun mahiyyətini tam olaraq ortaya qoymayıblar.

Məlumdur ki, miflər , din , fəlsəfə və elm eyni qaynaqdan, eyni mənbədən - insanların anlamaq istədikləri təbiət , aləm, varlıq, ölüm , həyat və s. haqqındakı suallarına verdikləri müxtəlif cavablardan – doğmuşdur. Sonradan tədricən müxtəlif sahələrə ayrılma prosesi nəticəsində o cümlədən, din və fəlsəfə də ictimai şüurda tam müxtəlif dünyagörüşləri sisteminə çevrilmişlər.
Din müəyyən dünyagörüşünün təşkilatlanmış sistemidir. Yəni, din adətlərinin hamılıqa qəbul etdikləri kilsə , xidmət strukturları və ierarxiyası , müqəddəs kitabları və s. var. Fəlsəfədə təşkilat yoxdur. Müxtəlif cərəyan ardıcılları öz seçimlərində tamamilə azaddır, heç bir ierarxiya yoxdur. Müqəddəs – toxunulmaz heç bir kitab , yaxud ideya yoxdur. Bütün kitab və ideyalar istənilən insan tərəfindən azad təftiş və tənqid oluna bilər.

Dində dəyişməz ehkamlar, məcburi dini ayinlər və dualar və s. var. Fəlsəfədə bunların heç biri yoxdur , ideyaları qismən qəbul etmək olar , yaxud müxtəlif cərəyanlardan sintez vasitəsilə öz dünyagörüşümüzü formalaşdırmaq imkanımız var.
Lüğətə nəzər salsaq `Filosofiya` - sözünün isə hikmətə sevgi , can atma , coşqun həvəs kimi tərcümə edilməsini görə bilərik. Burada bir fikrin tam olaraq ortaya çıxması və insanları buna inandırmaq üçün bildiyin və yaratdığın fikrə sevgi və həvəs olmalıdır ki, onun reallıqda qəbul edilməsinə nail olasan. Professor Təbrizi də məhz belə insanlardan biridir və onun fəlsəfə elmində yaranış olaraq qəbul edilən “vəhdəti-vücud” fəlsəfəsidir.

“Vəhdət əl Vücud” sistemini anlamaq üçün ən əvvəl bilmək vacibdir ki, günəş sistemi hərəkətə gəldiyi zaman, bu sistemdə “ilkin materiya” adlanan eneji yaranmışdır. Eyni zamanda qanun kimi çıxış edən bu enerji beş əsas tərkibdən: işıq, səs, hərəkət, magiyanan «bənzər bənzər yaradar» və «əlaqədə olmuş cisimlər, ayrılandan sonra da əlaqəni saxlayır» qanunlar «məcmu»sundan ibarətdir .İlkin materiya dörd ünsürə (su, hava, torpaq, od) asanlıqla çevrilən substansiyadır. Lakin ondan çanlı varlıq və ya digər bir şey yaratmaq üçün mütləq bənzər obyekti olmalıdır.

Bütün din və fəlsəfə arasında suallara Təbrizinin “vəhdəti-vücud” –da cavab tampaq olar. Professor özü “vəhdəti-vücud” fəlsəfəsinin yaranmasını belə izah edir: “Mən vəhdəti-vücud fəlsəfəsini öz həyatımdan öyrənmişəm. Anam, atam, bacılarım, qardaşlarım, ətrafımdakı insanlar, ağaclar, güllər, çəmənlər, dağlar və təbiətdə mövcud olan minlərlə şeylər, ümumilikdə həyatdakı bütün canlı və cansız varlıqlar mənim ruhumda birləşiblər. Təbiətdə mövcud olan bu varlıqlar elə məndə vahid fikir, vahid vücud yaradıblar. Bu birlik ruhumda maddi dünyayla elə sıx birləşib və yenidən doğulublar ki, ruhun və maddənin, yaxud təbiətin ayrılığından söhbət gedə bilməz.”

Buradan bizə aydın olur ki, məhz ruh və bədən ayrı-ayrı atributlardır ki, onların birləşməsi vasitəsi ilə insan özü özünü dərk edə, öz subistansiyasının nə olduğunu anlaya bilər. Biz bunun təsdiqini Professorun “Yaranış” kitabında qeyd edilən “Yenidən gəlsəm” şeirini oxumaqla görə bilərik:

Yenidən dünyaya gəlsəm,
Tələb edərəm –
Bütün din başçılarından
Əl çəkin məndən.
Qoyun özüm tapım dinimi.
İnsaniyyət dinini.
Sevin insanları –
Rənginə görə deyil,
Ləyaqətinə görə.
Hörməyin bu divarları
İnsanlar arasında.
Mankurt etməyin millətləri.

Burada Professor ruhla-bədənin cəmiyyət tərəfindən azad olaraq yaşamasının çıxış yolu olaraq görür. “Vəhdəti-vücud” fəlsəfəsinin mahiyyətində Təbrizi bunu belə izah edir: “Vəhdəti-vücud fəlsəfəsi, sadə və ayrı formada desək, maddənin varlığı və insanın ruhunda inkişafa kömək etməsidir. Onun olmaması insanın ruhunda ikilik, xəstəlik yaradır. Yəni insan həmişə bölünmüş şəxsiyyətdən psixoloji və ruhi xəstəliklərə düçar olub. Bu ziddiyyətin yaranması tarixdə böyük faciələr törədibdir. Demək olar ki, maddi dünyanın olmaması insanın daxilində çatışmamazlıq, boşluq yaradır.”
Buradan bəlli olur ki, “Vəhdəti-vücud” bir dünyagörüşü sistemi və ya dünyagörüşünü əks etdirən konkret fəlsəfi müddəalar şəklində qlobal mənəvi mədəniyyətdə özünəməxsus və geniş yerə malik olmalıdır. Bunun izahını , bu dünyagörüşünü yaşadan həyati qüvvə onun tarixən ruh və maddəni qarşı-qarşıya qoyan, biri-birinə kəskin surətdə zidd idealizm və materializmdən fərqli olaraq mənəvi ilə maddinin vəhdət və ahəngə (harmoniyaya), humanizmin dayağı olan mənəvi kamilliyə və idrak prosesində rasionalla irrasionalı bir araya gətirən amillərin məhz bu fəlsəfədə olmasını əminliklə qeyd edə bilərik.
Bаşqа sözlə, insаn imkаn və irаdəsini müəyyən mənаdа özgələşdirərək tаlеyini – həyаt və əminаmаnlığını –bu fəlsəfə ilə təmin edə bilər. Bu barədə professorun “Qiyamət günü olarsa” şeirində çox aşkar şəkildə deyilir:

Əgər qiyamət günü olarsa,
Şikayət edərəm Allahın özündən.
Şikayət edərəm ki,
Niyə yaratmamısan məni əzəldən
Özün kimi qüdrət sahibi?
Ki tovlanmayam sənin rəqibin şeytana.
Çəkməyəsən məni sorğu-suala,
Səhv əməllərimə görə.
Niyə yaratmamısan məni əzəldən
Özün kimi qüdrət sahibi?

Buradan aydın olur ki, İnsan özünü düşünən bir vücud olmasını dərk edən zamandan bəri həm özünü, həm də başqa mövcudatlarla öz əlaqələrini dərk etməyə cəhd göstərir və əldə etdiyi biliklərdən istifadə edərək ətraf mühitlə münasibətlərini uzlaşdırmağa çalışır. Hər insan təkrarolunmaz bir fərddir. Bu, əhədiyyət (təklik, yeganəlik) mərtəbəsidir. İnsan müəyyən keyfiyyətlərə, xüsusiyyətlərə, qabilliyyətlərə, istedada malikdir ki, onu tanıdır, haqqında təsəvvür yaradır və digərlərindən fərqləndirir. Onlardan bəziləri insanla zəruri olaraq əlaqəli və ayrılmazdır, onun bəşəriliyinin təyinidir, digərləri müəyyən şəraitlə bağlı yarana, dəyişə və itə bilər.

Tarix boyu bir çox alimlər fəlsəfi fikirlərində qeyd edir ki, Allah təala yeganə həqiqi varlıqdır, Onun yaratdıqları isə yoxluqdan yaranıb yoxluğa getdiklərinə, yaradılışlarında kənar iradəyə tabe olduqlarına, mahiyyət və həqiqətlərini başqa varlıqdan aldıqlarına görə, nisbi, mümkün, güzgüdəki əks kimi zata və həqiqətə malik olmayan varlıqlardır. Lakin Professor Təbrizi bu fikirin yanlış olduğunu öz fəlsəfi “Yaranış” şeirində bu cürə açıqlayır:

İllərdi axtarırdım bir ayna,
Görəm tamam dünyanı o aynada.
Soruşdum bir çoxlarından,
Özləri itmiş adamlardan.
Axırda tapdım o şeyi ki,
İnsan özgəsindən istəyirdi.
Allahin özündə olduğunu bilmirdi,
Orda-burda Allah axtarırdı.

Bir qaçınılmaz fakt var, Allah axtaranlar cənnət və cəhənnəm qorxusu ilə öz vəhdətləri ilə ruhlarını bir arada saxlamaqda acizlik çəkirlər. Lakin Professorun bu fikirlərində bir həqiqəti görmək olar: “Cənnəti və cəhənnəmi mütləq ki gələcəkdə axtarma. İkisi də bu an da burada mövcuddur. Nə zaman birini mənfəətsiz, hesabsız və bazarlıqsız sevməyi bacarsaq, cənnətdəyik əslində. Nə vaxt bəziləriylə döyüşə alovlansaq; nifrətə, həsədə və kinə bulaşsaq, kəlləmayallaq cəhənnəmə düşərik”
Biz burdan bir həqiqəti dərk edə bilərik, yaşadığımız həyat əlimizə verilmiş rəngarəng və əmanət bir oyuncaqdan ibarətdir. Kimisi oyuncağı o qədər ciddi qəbul edər ki, ağlayar, pərişan olar onun üçün. Kimisi əlinə alar qurdalayar oyuncağı , qırar və zay edər. Ya həddindən artıq qiymət verər , ya qiymət bilmərik. Yazımın sonunda professor Təbrizinin “vəhdəti-vücud” fəlsəfəsin tam anladan bir mənasını qeyd edirik, ümid edirik ki, XXI əsrin inqilabçı filsofu Təbrizinin ideyaları bütün dünya tərəfindən qəbul ediləcəkdir:

“Buna görə də deyə bilərik ki, ruhla maddənin qovuşmaması, ya Şərqlə Qərbin birləşməməsi, qloballaşmanın imkansızlığı səhvdir və yalnış məqsəd daşıyan bir fəlsəfəni davam etdirməkdir. Deyə bilərik, o zaman qan tökmələri dayandırmaq olar ki, dünyanı idarə edənlər pulu, sərvəti, maddi dünyanı sevdikləri kimi insanı və insaniyyəti sevsinlər. İnsanların həyatını, rifahını, sülh şəraitində yaşamasını müqəddəs tutsunlar. Maddi və şəxsi məqsədlərə, mənafelərə xidmət etməkdən əl çəksinlər. Demək olar ki, həqiqi baxış vəhdəti-vücud fəlsəfəsidir və insanda bu fəlsəfəni vücuda gətirməlidir. Bu fəlsəfə elmi bəhsdir, dinə aidiyyəti yoxdur.”
Bu xəbər oxucular tərəfindən 1345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed