Şrift:
Türkiyə XİN: Qətərlə diplomatik əlaqələrin yenidən təsis edilməsi müsbət haldır
06.01.2021 [10:02] - Xəbərlər, Türk dünyası-Turan
Səudiyyə Ərəbistanının Əl-Ulə şəhərində keçirilən Körfəz Əməkdaşlıq Şurasının 41-ci sammitində Körfəz münaqişəsinin həlli yolunda ortaq iradənin sərgilənməsi və Qətərlə diplomatik əlaqələrin yenidən təsis edilməsinə dair açıqlama müsbət haldır.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən mövzu ilə bağlı açıqlamada bildirilib.

Açıqlamada qeyd olunur: “Körfəz Əməkdaşlıq Şurasının üzvləri ilə Misir tərəfindən imzalanan Əl-Ulə Bəyannaməsinin münaqişəni birdəfəlik həll edəcəyinə ümidvarıq. Müxtəlif vasitələrlə bəyan etdiyimiz kimi Türkiyə Körfəz Əməkdaşlıq Şurasının birlik və həmrəyliyinə önəm verir. Körfəz ölkələri arasında etimadın bərpası nəticəsində Türkiyə strateji tərəfdaşı olan Körfəz Əməkdaşlıq Şurası ilə əlaqələrin inkişafı üçün səylər göstərməyə hazırdır.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed