Şrift:
Braziliya COVID-19 pandemiyasının episentrlərindən biridir
07.01.2021 [10:51] - Gündəm, Sağlıq
Braziliyada 7 milyon 810 min 400 COVID-19-a yoluxma faktı qeydə alınıb, 197 min 732 nəfər isə həyatını itirib.

Braziliya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, 24 saat ərzində ölkədə 56 min 648 koronavirusa yoluxma faktı və 1171 ölüm hadisəsi qeydə alınıb.

Rəqəmlər sübut edir ki, 210 milyon əhalisi olan bu cənubi Amerika ölkəsi dünyada pandemiyanın episentrlərindən biridir.

Braziliya dünyada COVID-19-dan ölənlərin sayına görə ABŞ-dan sonra ikinci (353,131 ölüm hadisəsi), yoluxanların sayına görə isə, Hindistandan sonra üçüncü (10,3 milyon yoluxma faktı) yerdədir.

Braziliya hökuməti, Hindistanda COVID-19 əleyhinə istehsal olunan iki milyon dozalıq Oxford vaksini almaq barədə danışıqlar apardığını söyləyib. İlk vaksinlərin çatdırılması yanvar ayının ortalarına planlaşdırılır.

Çərşənbə axşamı 2,2 milyon insanın yaşadığı Amazon bölgəsindəki Manaus şəhərində yerli səhiyyə sisteminin çökməsinə səbəb olan COVID-19 xəstəliyinin artmasına görə 180 günlük fövqəladə vəziyyət elan edilib.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed