07.01.2021 [11:22] - Gündəm, Sosial
İsmayıllı Rayon Prokurorluğu bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə rayonun İvanovka kəndi ərazisində Göyçay rayonunun Bəydövül kənd bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Yusifov Ramil Ramiz oğlunun meyitinin aşkar edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Bununla bağlı İsmayıllı Rayon Prokurorluğundan daxil olan məlumatda bildirilib ki, yanvarın 6-da saat 14 radələrində Ramil Yusifovun meyitinin İvanovka kəndi ərazisində aşkar edilməsi barədə prokurorluğa məlumat verilib.
Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda ölümün səbəbinin müəyyənləşdirilməsi və hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədilə İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |