Şrift:
İran avtomobil, mobil telefon və kompüterlərin idxalına qadağanı aradan qaldırıb
22.11.2012 [10:18] - Güney Azərbaycan xəbərləri
İran avtomobil, mobil telefon və kompüterlərin idxalına qadağanı aradan qaldırıb. Bu barədə ISNA agentliyi "Kəyumərs" ticarət təşkilatının direktor müavini Fətullah Kirmanşahiyə istinadən xəbər verir.

"Mühərrikinin həcmi 2,3 litrdən az olan minik avtomobilləri pulsuz idxal edilə bilər", - o deyib.

İran sanksiyalar şəraitində ilkin tələbat mallarının alınması üçün lazım olan milyardlarla dollar vəsaitə qənaət etmək məqsədilə müvəqqəti olaraq xarici avtomobillər və mobil telefonlar daxil olmaqla, bəzi zinət əşyalarının idxalını qadağan edib.

Bir müddət əvvəl İranın Kompüter Satıcıları Assosiasiyasının direktoru Mehdi Mirmehdi hökumətin bu yaxınlarda qəbul etdiyi kompüterlərin idxalına qadağa haqqında qərarı tənqid edərək bildirib ki, bu, kompüter avadanlıqlarının qiymətinin beş dəfə artmasına gətirib çıxara bilər.
Bu xəbər oxucular tərəfindən 1378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed