Şrift:
Yağan aramsız yağış İstanbulun su hövzələrində doluluq səviyyəsinin artmasına səbəb olub
11.01.2021 [12:37] - Xəbərlər, Hadisə
Türkiyənin Mərmərə bölgəsində yanvarın 9 və 10-da yağan aramsız yağış İstanbulun quruma təhlükəsi ilə üzləşən su hövzələrində doluluq səviyyəsinin artmasına səbəb olub.

Bu barədə İstanbul Su və Kanalizasiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, iki gün davam edən yağıntılı hava şəraiti nəticəsində yanvarın 8-də doluluq səviyyəsi 19.16 faiz olan hövzələrdə yanvarın 11-də bu rəqəm 21.13 faizə çatıb.

Xatırladaq ki, son aylar bölgədə müşahidə edilən quraqlıq səbəbindən İstanbulun su hövzələrində doluluq səviyyəsi son on ilin ən aşağı səviyyəsinə enib.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed