Şrift:
Qarabağa dəstək aksiyasına görə saxlanılan Rza Seyid Rza Seyid Nurinin məhkəmə işi düyünə düşüb
11.01.2021 [12:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güneyli milli-mədəni fəal Seyid Rza Seyid Nuri məhkəmənin elektron sistemi vasitəsi ilə aldığı bildirişə əsasən yanvar ayının 10-da müdafiə üçün Parsabad şəhərinin ikinci cinayət məhkəməsinin 103-cü şöbəsində olub.



Hakim mədəni fəallın işinə baxmağa səlahiyyətinin olmadığını bildirdiyi üçün R.S.Nurinin işi şəhər İnqilab Məhkəməsinə göndərilib.



“Seyid Rza Seyid nuri” 2020-ci il 18 oktyabr tarixində Nurduz gömrüyünün bağlanması tələbi və İranın Ermənistana silah və texnika yardımına qarşı keçirilən aksiyada həbs olunub. O, bir gün sonra 70 milyon tümən vəsiqə qarşılığında məhkəmə işinin yekunlaşmasına qədər müvəqqəti azadlığa buraxılmışdır.



Mədəni fəallın işinə ilk məhkəmə baxışında ona qarşı “hökumətə əleyhinə təbliğat”, “İslam Cumhuriyyətinin banisini təhqir etmək” və “rəhbərə əhanət etmək” ittihamları irəli sürülüb.



Xatırladaq ki, 2020-ci ilin oktyabr ayında Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda keçirdiyi əməliyyatlarına dəstək və İran rejiminin işğalçı Ermənistana göstərdiyi logistik hərbi və digər yardımlarına etiraz etmək üçün edilən çağırışların ardınca müxtəlif şəhərlərdə çoxlu sayda güney azərbaycanlı fəal Tehran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdir.
Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed