Şrift:
Bu il Təbriz zindanında 7 məhbus döyülərək qətlə yetirilib
22.11.2012 [10:29] - Güney Azərbaycan xəbərləri, Hadisə
Məhəmməd Rəncgər adlı məhbus bu ilin avqust ayında (şəhrivər ayı) Təbriz zindanının metadon bölümündə (bənd) qətlə yetirilib.

Hadisə şahidi “ İrana ədalət “ cəmiətilə əlaqə saxlayaraq bildirib ki, “narkotik maddələri ilə bağlı həbs edilən Rəcgər məzuniyyətdən qayıdandan sonra, gecə yarısı zindan təhlükəsizlik bölümünün rəisinin qardaşı Rüstəmi və daha iki nəfər əsgər tərəfindən şiddətli bir şəkildə döyüldü. Zindan məsulları Rəcgərin ölümünü narkotik maddələrini udması ilə əlaqələndirsələr də, lakin tibbi ekspertiza (pezeşk-i qanuni) onun qavurğasının sınıb və ürəyinə batdığını bildirib. Bununla belə Rüstəmi hələdə iş yerindədir və onun barəsində heç bir cinayət işi açılmayıb.

Təbriz zindanının metadon bölümünün məhbuslarının sözlərinə görə, İranda yeni il başlayandan bəri 7 məhbus döyülərək qətlə yetirilib.
Bu xəbər oxucular tərəfindən 2777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed