Şrift:
Belarusda 2020-ci il son 140 ildə ən isti il olub
12.01.2021 [10:35] - Gündəm, Sosial
Belarusda 2020-ci il son 140 ildə ən isti il olub.

“BELTA”ya istinadla xəbər verir ki, bu barədə bu gün mətbuat konfransında Təbii Sərvətlər Nazirliyinin Respublika Hidrometeorologiya, Radioaktiv Çirklənməyə Nəzarət və Ətraf Mühitin Monitorinqi Mərkəzinin Məlumat Fondu, Meteoroloji və İqlim Monitorinqi Xidmətinin İqlim Dəyişikliyi Tədqiqatları şöbəsinin müdiri Natalya Klevets bildirib.

Natalya Klevets ötən ilin 1881-ci ildən başlayaraq meteoroloji müşahidələr tarixində ən isti il olduğunu vurğulayıb.

“Havanın orta illik temperaturu müsbət 9.1 təşkil edib ki, bu da normadan 2.4 dərəcə yüksəkdir. Bundan əvvəl orta illik temperaturu müsbət 8.8 dərəcə olan 2019-cu il rekordçu il olub. Odur ki, son iki il Belarus ərazisində meteomüşahidələr tarixində ən isti illər olub”, - deyə Natalya Klevets deyib.
Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed