Şrift:
Moldova COVID-19-a qarşı vaksini yanvar ayının sonuna qədər alacaq
12.01.2021 [10:43] - Gündəm, Sosial
Moldova COVID-19-a qarşı vaksini yanvar ayının sonuna qədər alacaq. Vaksinasiya prosesi fevral ayında başlayacaq.

Bu barədə Səhiyyə Nazirliyinin nümayəndəsi Tatyana Zatık bildirib.

O vurğulayıb ki, birinci mərhələdə tibb işçiləri – COVID-19 profilli reanimasiya şöbələrinin və intensiv terapiya şöbələrinin həkimləri vaksinasiya olunacaq.

Səhiyyə Nazirliyi nümayəndələrinin sözlərinə görə, ikinci mərhələdə vaksin 60 yaşdan yuxarı insanlara vurulacaq. Eyni zamanda, müəyyən xəstəliklərdən əziyyət çəkən vətəndaşlar vaksinasiya olunacaq.

Üçüncü mərhələ əhalinin ümumi vaksinasiyasını daxil edir.

COVID-19-a qarşı vaksin bütün vətəndaşlar üçün pulsuz olacaq.
Bu xəbər oxucular tərəfindən 289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed