Şrift:
Alman mətbuatı Azərbaycanın Avropaya qaz ixracına dair məqalələr dərc edib
13.01.2021 [10:35] - Xəbərlər, İqtisadiyyat
Almaniyanın “zeit.de” portalında “Azərbaycan Avropaya qaz ixracına başlayıb” başlıqlı məqalə dərc olunub.

Məqalədə Avropa qaz bazarının təxminən üçdə birinə indiyə qədər Rusiyanın nəzarət etdiyi, indi isə Azərbaycanın TAP boru kəməri vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana təbii qaz nəqlinə başladığı bildirilib. SOCAR şirkətinin verdiyi məlumata görə qeyd olunan ölkələrin istehlakçıları artıq Azərbaycan qazından istifadə ediblər. Məqalədə TAP-ın Azərbaycanın “Şahdəniz-2” adlı nəhəng qaz yatağından təbii qaz nəql etdiyi, 3500 kilometrə yaxın məsafəni əhatə edən “Cənub Qaz Dəhlizi” boru kəməri layihəsinin tərkib hissəsi olduğu və Azərbaycan qazının Rusiya üçün rəqabət yaradacağı vurğulanır. Əlavə olunub ki, Türkiyə artıq uzun illərdir ki, Azərbaycanın təbii qaz alıcılarından biridir, Avropa İttifaqı isə TAP layihəsini Rusiyanın enerji qaynaqlarından asılılığın azaldılması məqsədilə dəstəkləyir. Məqalədə Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilir. Azərbaycanın ötən il baş vermiş 44 günlük müharibə zamanı ərazilərinin böyük hissəsini geri aldığı qeyd olunur.

Azərbaycanın Avropaya qaz ixracına başlamasına dair eyni məzmunlu məlumat, həmçinin “dpa” xəbər agentliyi tərəfindən, eləcə də “Der Neue Tag” qəzetində, “onvista.de” portalında dərc olunub
Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed