29.10.2011 [19:37] - İqtisadiyyat
Taner Yıldız: “Yeni boru kəməri “Nabucco”ya qarşı yönəlməyib”
“Azərbaycanla bölgədəki mövcud balansı dəyişdirəcək anlaşma imzaladıq”. Bu sözləri Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız yerli jurnalistlərə açıqlamasında deyib. O, “Şahdəniz 2” layihəsi ilə bağlı Azərbaycanla imzalanan sazişin bölgədə indiyə qədər təbii qaz sahəsində imzalanan yeganə real sənəd olduğunu bildirib.
Nazir bəyan edib ki, Türkiyə bu anlaşma ilə Avropaya təbii qaz transferində qərarlı olduğunu ortaya qoyub: “Yeni boru kəmərinin inşa edilməsini də sazişə daxil etdik. Bu xətt güclü bir alternativdir, amma “Nabucco”ya qarşı yönəlməyib”.
T. Yıldız “Şahdəniz” konsorsiumuna daxil olan şirkətlərin bu layihəyə təxminən 22 milyard dollar kapital qoyacağını və ilk qazın 2018-ci ildə nəql olunmağa başlayacağını söyləyib: “Türkiyə bu layihə çərçivəsində 6 milyard kubmetr qaz alacaq. Bu qazı üçüncü ölkələrə satmaq (reeksport) hüququmuz da var. Avropaya isə 10 milyard kubmetr qaz ixrac ediləcək”.
Nazir “Şahdəniz 1” layihəsi çərçivəsində Türkiyənin Azərbaycandan aldığı təbii qazın qiymətinin reviziyası (dəyişdirilməsi) hüququnun dondurulduğunu və beləliklə, mövcud qiyməti təminat altına aldıqlarını açıqlayıb.
Qeyd edək ki, Türkiyə Azərbaycandan aldığı təbii qazı digər ölkələrdən satın aldığı qazla müqayisədə 30% daha aşağı qiymətə əldə edir.

Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |