22.11.2012 [11:11] - Gündəm, Siyasət
Pərviz Elay
"Millətçilik" qəzeti
Ötən həftə Avstraliyanın Yeni Cənubi Uels ştatının qanunverici şurası erməni işğalçılarının əzəli Azərbaycan torpaqlarında yaratdığı qondarma “Dağlıq Qarabağ Respublikası”-nı beynəlxalq hüuquq subyekti kimi tanıdı.
Şuranın vebsaytında "Dağlıq Qarabağ respublikasının elan edilməsinin 20 illiyi" başlığı altında mətn dərc edilib. Həmin mətnin sonuncu sətirində ştatın Şurası Avstraliya hökümətini "DQR müstəqilliyini" rəsmən tanımağa və DQR sakinlərilə Avstraliya arasında münasibətləri möhkəmləndirməyə çağırır.
Sərsəmliyin səbəbləri
Əlbəttə, demək olar ki, Avstraliyanın Yeni Cənubi Uels ştatının şurası dövlət parlamenti statusunu daşımır. Amma bu cür məntiq bizi sakitləşdirməlidirmi? Yəni gözləməliyik ki, nə vaxt Avstraliya və ya hər hansı bir dövlət qondarma “DQR”-i tanısın?
Azərbaycan Dövlətçiliyi, Dövlətimizin ərazi bütövlüyü və Azərbaycan Türklüyü üçün təhlükəli olan bu hadisənin səbəbini bir çox baxışdan izah etmək olar. Məsələn, Avstraliyadakı erməni lobbisi buna nail olub. Bu məsələ gün kimi aydındır. Belə bir fikir də yürüdülür ki, bu Qərbin mesajıdır. Çünki anqlo-sakson dövlətlər birliyinə daxil Avstraliyanın hansısa ştatının Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş qərarı rəsmi Bakıya həmin anqlo-sakson gücünün mərkəzi olan London və Vaşinqtonun xəbərdarlıq mesajıdır; yəni, “səni parçalaya bilərik!”.
“Beynəlxalq hüquq” ölüb, meyidi basdırmaq lazımdı
SSRİ dağıldıqdan sonra dünya düzənində başlamış yeni “hüquqi nihilizm” erasında artıq “ərazi bütövlüyü” boş və mənasız tezisə çevrilmişdir; beynəlxalq hüququn özü kimi... Qərb dünyası Serbiyanı parçaladı və Kosovonu - Abşeronun bir qəsəbəsi boyda ərazini dövlət kimi tanıdı. Rusiya da beynəlxalq hüququ tapdalamaq yarışında “qonşudan qalma dala” prinsipi üzrə Gürcüstanın Cənubi Osetiya və Abxaziya ərazilərini ayrıca bir dövlət kimi həm özü tanıdı, həm də bəzi başqa dövlətlərə tanıtdırdı...
Ötən ilin sonunda Atlantik okeanın şimalında yerləşmiş İslandiya ada-dövləti hətta Fələstini müstəqil dövlət kimi tanıdığını bildirdi. Yeri gəlmişkən, bu həmin İslandiyadır ki, hələ SSRİ dağılmamış dünyada ilk dəfə Baltikyanı dövlətlərin (Estoniya, Latviya, Litva) müstəqilliyini tanımışdı. Heç dünyaya meydan oxuyan qırmızı Moskvadan qorxmamışdı da...
20 il ərzində bizi “erməni” adlı vəhşilərlə danışıq masasına otuzdurmağa məcbur edən Rusiya, ABŞ və Fransa anlamalıdır ki, artıq əraizlərimizn işğalı ilə bağlı proseslər ayrı məcrada inkişaf etməyə başlayıb. Bu proseslər “danışıqlar” üçün artıq yer qoymayır. Yəni, faktiki Rusiya və Qərb daim bizi danışıq masasına oturmağa məcbur etməklə erməni işğallarını qanuniləşdirilməsi üçün şərait yaradır.
Beləliklə, xristian dünyası bizə bir dövlət və millət kimi ölüm hökmü çıxarmaqdadır.
Biz isə, özümüzü aldatmağa çalışırıq. Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev qətnamənin Avstraliya federal hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini bildirib. Daha sonra gənc diplomatımız xalqımızı köhnə “çeynənmiş” sözlərlə sakit etməyə çalışıb: “Avstraliya federal hökuməti hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyib”...
Sabah hansısa bir Okeaniya dövləti və ya elə həmin İslandiya erməni işğallarına hüquqi don geyindirsə, yəni qondarma “DQR”-i tanısa, nə edəcəyik? Diplomatik etiraz bildirəcəyik? Dünyanın hər hansı bir dövləti “DQR”-i tanısa, artıq “zəncirvari reaksiyanın” qarşısını almaq mümkün olmayacaq!
“Sağmal inək”, yoxsa BOZQURD?
Amma çox üzücü haldır ki, bunun qarşısını almaq üçün bizə məsləhət verənlər arasında... ermənilər də var. Avstraliya ilə bağlı olay barədə İnternetdə gedən xəbərlərİ ingilisdilli və rusdilli saytlarda sevinclə şərh edən ermənilər təhqiramiz tərzdə Azərbaycana “məsləhətlər” verirlər. Yəni, Azərbaycanı parçalamaq isyətən dövlətlərə rəsmi Bakı “səxavət kisəsini” açmağa məcbur olacaqdır. Ermənilərdən biri isə, hətta kasıb dövlətlərə məsləhət də verir: “Pul qazanmaq istəyirsinizsə, DQR-in tanınması məsələsini parlamentlərinizə çıxarın. Rəsmi Bakı qaçaraq sizə istənilən məbləği ödəməyə razılaşacaq. Bu “sağmal inəyi” əldən buraxmaq olmaz!”.
Lap tutaq ki, Azərbaycandan pul qoparmaq üçün kasıb dövlətlər “DQR-in müstəqilliyi” kartı ilə oyuna başlayacaqlar. Tayvannın müstəqilliyi ilə bağlı artıq bu tip oyunlar Çinin başına gətirilir. Sakit Okeandakı kasıb ada-dövlətlər rəsmi Pekindən pul qoparmaq üçün hər il Çini şantaj edirlər. Pul ilə Azərbaycanı şantaj edən dövlətləri susdurmaq - sonu olmayan və Dövlətimizin imicinə zərbə vura biləcək yoldur.
Bəs nə etməli? Biz millətçilərə görə, Azərbaycan artıq Qarabağın erməni terrorçularından təmizlənməsi üçün anti-terror əməliyyatlarına başlamalıdır. İlk əməliyyatlar zamanı istər xırda, istərsə də iri dövlətlər bizi “DQR-in müstəqilliyinin tanınması” ilə hədələyə bilərlər. Amma bu cür gedişatın zərbəsi bizdən çox iri dövlətlərə dəyəcək. Biz onları müharibə ilə təhdid etməliyik, özü də artıq başlamış ilkin anti-terror əməliyyatları fonunda!
Digər tərəfdən, Azərbaycanın milli qüvvələri və parlament də belə, Şimali Kipr Türk Cümhuriyyətinin, Kaledoniya, Korsikanın (Fransa), elə lap Kosovonun (Rusiyanın dostu Serbiya), Cənubi Osetiyanın, Abxaziyanın (Qərbin dostu Gürcüstanın), mühacirətdəki Çeçenistan hökumətini, Şimali İrlandiyanı, Tayvanı və d. “müqəddəratı uğrunda” mübarizə aparan xalqların müstəqil dövlətlərini tanınması məsələsini qaldırmalıdırlar. Əgər bu anti-türk dünya düzəni bizi məhvə sürükləyirsə, biz niyə bu düzəni məhv etməyək?!

Bu xəbər oxucular tərəfindən 1235 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |