Şrift:
Böyük Britaniyada ən çox ölüm hadisəsi ötən il qeydə alınıb
13.01.2021 [10:40] - Gündəm, Sosial
2020-ci il Böyük Britaniyada 2-ci Dünya müharibəsindən sonra ən çox ölüm hadisəsinin qeydə alındığı il olub.

Ötən il ölkədə 697 min insan həyatını itirib. Bu rəqəm əvvəlki beş ilin ortalamasına əsasən gözləniləndən 91 min çoxdur. Bu, son 75 ildə ölümlərdəki ən böyük artımdır.

Avropada koronavirus epidemiyasının ən çox təsir etdiyi ölkə olan Böyük Britaniyada 81 min 960 nəfər həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 291 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed