Şrift:
Seyşel adaları koronavirusa qarşı vaksinasiyaya başlayan ilk Afrika ölkəsidir
13.01.2021 [10:44] - Gündəm, Sosial
115 adada 97 min əhalisi olan Hind okeanındakı Seyşel adaları dünyada 18 yaşdan yuxarı əhalisinin 70 faizini vaksinasiya edən ilk ölkə ola bilər.

Seyşel adaları Çinin “Sinopharm” əczaçılıq şirkətindən 50 min dozalıq vaksin alıb və “AstraZeneca”dan daha 20 min dozalıq vaksin alacağı gözlənilir.

Keçən həftə Seyşel adalarının hakimiyyəti koronavirusdan ilk ölüm faktını təsdiqləyən kimi artıq bu bazar günü arxipelaqın bütün Afrika qitəsində COVID-19-a qarşı ilk vaksinasiya kampaniyasına başlanılıb.

“Seyşelles News Agency” informasiya agentliyinin verdiyi məlumata görə, Çinin “Sinoharm” əczaçılıq şirkəti tərəfindən hazırlanmış vaksini ilk olaraq Seyşel adaları Respublikasının Prezidenti Uovel Ramkalavan qəbul edib. Sonrakı ilk dozalar hökumətin qalan üzvləri, eləcə də Milli Məclisin deputatları və tibb işçiləri tərəfindən qəbul olunub.

Respublika başçısının sözlərinə görə, vaksinasiya beynəlxalq turizmdən çox asılı olan iqtisadiyyatı yenidən canlandırmağa kömək edəcək.

Seyşel adalarının Səhiyyə Nazirliyi indiyə qədər 531 yoluxma faktı qeydə alıb.
Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed