14.01.2021 [11:15] - Gündəm, Sağlıq
Ötən sutka Çinin materik hissəsində COVID-19 infeksiyasına 138 təsdiqlənmiş yoluxma halı, 78 asimptomik hal və virus səbəbindən bir ölüm qeydə alınıb.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına istinadla xəbər verir ki, Çində COVID-19 virusundan sonuncu dəfə ölüm halı mayın 20-də qeydə alınıb. Ölüm halı hazırda virusun sürətlə yayıldığı Hebey vilayətində baş verib. Elə gündəlik yoluxma hallarının sayı da martdan sonra ilk dəfə ən böyük həddə çatıb.
Qeyd edək ki, yanvarın ilk günlərindən yoluxma hallarının çoxalması səbəbindən Çinin Hebey vilayətinin paytaxtı Şıciacuan şəhərində, ardınca isə vilayətin Sintay şəhərində tam qapanma elan edilib. Bundan başqa, digər vilayətlərdə və paytaxt Pekində bəzi yaşayış rayonları aşağı, orta və ya yüksək riskli zonalar elan olunub. Ekspertlər Çinin COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə olduğunu bildirirlər. Paralel olaraq Çində risk qrupundan olan əhalinin yeni növ koronavirusa qarşı vaksinasiyası davam etdirilir. İndiyədək 9 milyondan çox adam peyvənd olunub

Bu xəbər oxucular tərəfindən 397 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |