Şrift:
Macarıstanda təqaüd proqramına sənəd qəbulu sabah yekunlaşır
14.01.2021 [12:08] - Xəbərlər, Mədəniyyət
Macarıstanda 2021-2022-ci tədris ili üçün təqaüd proqramına sənəd qəbulu yanvarın 15-i saat 23:59-da yekunlaşacaq.

Təhsil Nazirliyindən bildirilib ki, təqaüd proqramı Macarıstan İnsan Resursları Nazirliyi ilə 2017-ci il dekabrın 7-də imzalanmış “2018-2020-ci illər üzrə iş proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 nəfər Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilən elanda verilib.
Bu xəbər oxucular tərəfindən 284 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed