Şrift:
Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
14.01.2021 [12:10] - Gündəm, Sosial
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Anar Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq onun yaşadığı ünvanı tərk etdiyi müəyyənləşdirilib. A.Əliyev ictimai yerdə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə müalicə aldığı evə qaytarılıb.

Həmin şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed