Şrift:
Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti dəyişən tələblərə uyğun təkmilləşdirilib
14.01.2021 [12:13] - Gündəm, Sosial
Dövlət Miqrasiya Xidmətinin (DMX) fəaliyyəti pandemiya dövründə əsasən beş istiqaməti əhatə edib.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yanvarın 14-də 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında məlumat verib.

Xidmət rəisi diqqətə çatdırıb ki, pandemiya dövründə Xidmətin fəaliyyəti dəyişən tələblərə uyğun təkmilləşdirilib, məlumatlandırma tədbirləri artırılıb. Eləcə də Çağrı Mərkəzinin fəaliyyəti gücləndirilib. Bütün elektron xidmətlər yenilənib və sadələşdirilib. Eyni zamanda, Xidmətlər üçün tələb olunan sənədlər siyahısı optimallaşdırılıb və güzəştlər müəyyənləşdirilib.
Bu xəbər oxucular tərəfindən 272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed