Şrift:
Koronavirusun profilaktikasına dair nəzarət tədbirləri davam edir
15.01.2021 [11:13] - Gündəm, Sosial
Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaq satışı obyektlərində monitorinqlər davam edir.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yanvarın 12-13-də ölkə ərazisində fəaliyyət göstərən 127 ərzaq satışı obyektində monitorinqlər aparılıb.

Monitorinq aparılan 90 ərzaq satışı müəssisəsində ümumilikdə 157 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib
Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed