22.11.2012 [11:53] - Xəbərlər, Sosial
Birləşmiş Ştatların İsraildəki keçmiş səfiri Edvard Cerecyan: “İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır, əks halda, 2014-cü ildə müharibə başlayacaq və Ermənistan uğur qazanmayacaq”
Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonun uzanması Ermənistan üçün təhlükəlidir. Bu fikirlə erməni əsilli keçmiş amerikalı diplomat, Birləşmiş Ştatların İsraildə səfiri olmuş Edvard Cerecyan çıxış edib. Amerika KİV-lərinin xəbərlərinə görə, Cerecyan “Ərəb baharı: Türkiyənin regionda rolu və Yaxın Şərq ermənilərinin gələcəyi” mövzusunda məruzəsində Qarabağ münaqişəsi barədə danışıb. Nüfuzlu keçmiş diplomat deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır.
“Əks halda, 2014-cü ildə regionda müharibə başlayacaq və Ermənistan bu müharibədə uğur qazana bilməyəcək” - deyə Cerecyan bildirib.
Keçmiş diplomat əlavə edib ki, Azərbaycan sürətlə silahlanır və vaxt ermənilərin əleyhinə işləyir. E.Cerecyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair protokolların dondurulmasından da təəssüfləndiyini deyib. O bildirib ki, həmin protokolların imzalanması prezident Serj Sərkisyanın mövqelərini laxladıb. Bununla belə, erməni əsilli keçmiş diplomatın fikrincə Ermənistanın əsas problemi korrupsiyadır, Azərbaycan və Türkiyənin tətbiq etdiyi blokada isə onun vəziyyətini daha da ağırlaşdırır.
Qeyd edək ki, E.Cerecyan erməni diasporunun ən nüfuzlu simalarından biri hesab edilir. O, bir vaxtlar dövlət katibi vəzifəsinə namizəd kimi göstərilirdi. ABŞ-ın İsraildəki səfiri vəzifəsini tutan diplomatlar isə dövlət katibinin müavini ilə eyni ranqda hesab edilir.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri: “Karasinlə tez-tez bu məsələdən danışırdıq...”
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Con Bayerli də Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən narahatlıq ifadə edir. Onun sözlərinə görə, bu münaqişəni həll etmək üçün ABŞ-la Rusiya əməkdaşlığı davam etdirməlidir.
“ABŞ və Rusiyanın İrəvan və Bakı ilə yaxşı münasibətləri var. Bu münasibətlər tərəfləri gərginliyi azaltmağa və münaqişənin həllinin ancaq danışıqlar yolu ilə mümkün olduğuna inandırmaq üçün istifadə edilməlidir” - deyə diplomat bildirib.
C.Bayerli deyib ki, o, Moskvada işləyərkən Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə tez-tez ünsiyyətdə olurdu: “Biz Karasinlə Dağlıq Qarabağ barədə çox danışırdıq, demək olar ki, bütün hallarda bizim mövqelərimiz üst-üstə düşürdü. Biz zorakılıqlara son qoyulmasını istəyirdik. Çalışırdıq ki, münaqişənin dinc yolla həllinə dair danışıqlar davam etdirilsin. Biz təmas xəttində zorakılıqların artması və insanların həlak olması ilə bağlı çox narahat idik”.
Denis Sammutun İtaliyadan yayılan məruzəsi
Dağlıq Qarabağ münaqişəsi üzrə nüfuzlu beynəlxalq ekspertlərdən hesab edilən, Britaniyanın LİNKS təşkilatının icraçı direktoru Denis Sammut isə İtaliyanın xarici siyasət məsələləri üzrə aparıcı mərkəzlərindən olan “İstituto Affari İnternazionali”nin məcmuəsində dərc edilmiş məruzəsində danışıqlar prosesinin gələcəyi ilə bağlı təhlil verib. “Kazandan sonra; Dağlıq Qarabağ sülh prosesi üçün həlledici məqam” başlıqlı məruzəsində ekspert qeyd edir ki, ATƏT-in Minsk Qrupu indiyədək əldə edilmiş bütün irəliləyişləri bir arada cəmləşdirməli, daha şəffaf fəaliyyət göstərməli və buraxılmış səhvləri diqqətlə analiz etməlidir.
“ATƏT-in Minsk Qrupu ictimaiyyətə danışıqların gedişinə dair daha aydın mənzərə təqdim etməlidir. Bütün danışıqlar prosesi ərzində geniş ictimaiyyətlə təmasların məhdud olması Minsk Qrupunun ən zəif tərəfi olub” - deyə Denis Sammut yazır.
Ekspert Dağlıq Qarabağın danışıqlarda birbaşa tərəf kimi iştirakına dair erməni tərəfinin çağırışlarını da yada salır. Onun fikrincə, Minsk Qrupu həmsədrləri regiona səfərləri zamanı Xankəndinə də baş çəkir və bununla göstərmək istəyirlər ki, Dağlıq Qarabağ da prosesin iştirakçısıdır. Lakin Qarabağ ermənilərinin Minsk Qrupuna etimadı azalır.
D.Sammut hesab edir ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması danışıqlar prosesinin dalana dirənməsi ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, vasitəçilərin bütün səylərinə baxmayaraq, 2011-ci ilin avqustundakı Kazan görüşündən sonra atəşkəsin pozulması halları intensivləşib. Təkcə 2011-ci ildəki insidentlər zamanı 20 nəfər həlak olub, 36 nəfər isə yaralanıb.
Ekspertin fikrincə, təmas xəttində snayperlər vəziyyəti daha da gərginləşdirir və bu da tərəflərin siyasi ritorikasına təsir edir. D.Sammut qeyd edir ki, Rusiya və Avropa İttifaqı tərəflər arasında etimad yaratmağa daha çox diqqət ayırmalıdır, əks halda, vəziyyət nəzarətdən çıxa bilər.
Yeni vasitəçilik sxemi yarana bilər - Minsk Qrupu+Avropa İttifaqı
D.Sammut Avropa İttifaqının (Aİ) fransalı diplomat Filip Lefortu Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etməsi faktını da yada salır. Onun fikrincə, bu təyinat Aİ-nin Qarabağa dair danışıqlar prosesində daha fəal rol oynamasına səbəb olub və Minsk Qrupundakı rolunu gücləndirib. Lakin Rusiyanın dominant rolu qalmaqdadır.
Ekspertin sözlərinə görə, Avropa İttifaqının Qarabağ münaqişəsində rolunun artırılması nəinki faydalıdır, həm də zəruridir.
“Avropa İttifaqı Cənubi Qafqazda aparıcı oyunçuya çevrilir, ilk baxışdan hiss olunmasa da bu, belədir. Avropa İttifaqının rolunun artması Qarabağ məsələsində də öz təsirini göstərəcək. Əgər Minsk Qrupu yenidən formalaşdırılsa, Avropa İttifaqı onun tərkibində yer alacaq. Lakin bu, baş verməsə, Minsk Qrupu+Avropa İttifaqı formatında yeni sxem yarana bilər. Bu, danışıqlar prosesində ”restart"a gətirib çıxara və buraxılmış səhvlərə yenidən baxmağa imkan yarada bilər" - deyə D.Sammut vurğulayıb.
Bununla belə, ekspert qeyd edir ki, regionda status-kvonun saxlanılmasına və münaqişələrin dondurulmasına tərəfdar olanlar da var. D.Sammut bunun Avropanın ucqarlarından birində yeni münaqişənin alovlanması üçün olduqca riskli yanaşma olduğunu bildirir.
“Qarabağda yeni müharibə ”Kalaşnikov" avtomatları və köhnə sovet hərbi texnikası ilə aparılmayacaq. Bu müharibədə hərbi sənayenin ən yeni nailiyyətləri istifadə olunacaq və uduzan bütün tərəflər olacaq" - deyə D.Sammut bildirir.
Andrey Areşev: “Hazırda danışıqlar prosesinin reanimasiyası cəhdləri baş verir”
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi əməkdaşı Andrey Areşevin Qarabağ münaqişəsi ətrafındakı indiki vəziyyət barədə təhlilində isə deyilir ki, danışıqlar prosesində 2011-ci ilə qədər xeyli fəallıq müşahidə edilib. Lakin bu səylər nəticəsiz qalıb.
“Hazırda danışıqlar prosesinin reanimasiyası, yaxud ən azından belə görüntü yaradılması cəhdləri baş verir. Avropa İttifaqının rolunun fəallaşması barədə söz-söhbətlər artır. Avropa ölkələrinin sülhyaratma missiyasında iştirakına dair hipotetik fikirlər yayılır. Lakin bütün bunlar reallıqla uzlaşmır və münaqişənin təsirinə məruz qalan insanların real həyatına heç bir təsir göstərmir” - deyə rusiyalı ekspert qeyd edib.
A.Areşevin sözlərinə görə, Bakı müntəzəm olaraq xəbərdarlıq edir ki, danışıqlar nəticə verməsə hərbi yola əl atacaq. Lakin onun fikrincə, Bakının hərəkətlərində özünə inamsızlıq müşahidə edilir.
Rusiyaya təklif edilən “Qarabağ əvəzində qaz” və ya “Qarabağ əvəzində Qəbələ RLS” variantları qeyri-effektiv olub. Azərbaycan tərəfi Madrid prinsiplərində nəzərdə tutulan və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinə dair referenduma razılıq ifadə edib, ancaq referendumun hansı şərtlər çərçivəsində keçirilməli olduğu açıq qalır.
Minsk Qrupu imitasiya ilə məşğuldur
Rusiyalı ekspert münaqişə ətrafında qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda təmas xəttində gərginliyin artdığını, snayper müharibəsinin getdiyini də yada salır. A.Areşev bildirir ki, Ermənistan da silahlanma yarışında Azərbaycanla ayaqlaşmağa çalışır, bu məqsədlə Rusiyanın köməyindən istifadə edir və məhdud da olsa öz hərbi xərclərini artırır. Rusiyalı ekspertin sözlərinə görə, buna paralel olaraq Ermənistanda Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması ideyası ətrafında dönüş yaşanır. Belə ki, 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonra bu ərazilər alver predmeti olaraq görülürdüsə, indi “erməni torpaqlarının bir hissəsi” kimi təqdim edilir.
Digər tərəfdən, Ermənistan “DQR”in tanınması istiqamətində beynəlxalq kampaniya aparır. A.Areşevin sözlərinə görə, Qarabağ münaqişəsi ətrafında vəziyyət kövrəkdir və hər an nəzarətdən çıxa bilər. Belə vəziyyətdə Minsk Qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyır və təəssüf ki, indiki beynəlxalq münasibətlərin ümumi vəziyyətini əks etdirir. Minsk Qrupu həmsədrlərinin ictimaiyyət üçün verdikləri bəyanatlar isə əksər hallarda reallıqdan uzaq olur.
Fərhad MƏMMƏDOV

Bu xəbər oxucular tərəfindən 1451 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |