18.01.2021 [11:20] - Gündəm, İqtisadiyyat
Çinin 2020-ci ildə ümumi daxili məhsulu (ÜDM) pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, əvvəlki illə müqayisədə 2,3 faiz çoxalaraq, 101,6 trilyon yuana (15,42 trilyon ABŞ dolları) çatıb. Bununla dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində ÜDM ilk dəfə 100 trilyon yuanı ötüb.
Bu barədə Çinin Dövlət Statistika Bürosunun məlumatında qeyd olunur. Bildirilir ki, ÜDM-in 2,3 faizlik çoxalması ilin 3-cü və 4-cü rübündəki müvafiq olaraq 4,9 və 6,5 faizlik artımla təmin olunub.
Büronun açıqlamasına əsasən, Çin iqtisadiyyatı ötən ilin əvvəlində pandemiyanın iqtisadi fəaliyyət üçün yaratdığı məhdudiyyətləri və çətinliklərin səbəb olduğu geriləməni qısa müddətdə arxada qoyaraq, əsas iqtisadi və sosial inkişaf üzrə qarşıya qoyulan məqsədlərə nail olunub.
Ötən il Çində işsizlik səviyyəsi 5,6 faiz təşkil edib ki, bu da hökumətin proqnozlaşdırdığı 6 faizlik həddən aşağıdır.

Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |