22.11.2012 [12:06] - Mədəniyyət
Noyabrın 20-də Londonda “La Galleria Pall Mall” salonunda “Azərbaycan fotoobyektivlərdə” sərgisinin açılışı olub. Sərginin açılışında Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən təşkil edilən “Azərbaycan fotoobyektivlərdə” müsabiqəsinin qalibləri elan edilib.
Fotoqraf Asim Talıb 1985-ci ildə Kəlbəcər rayonunda çəkdiyi “Ağsaqqallar” fotosuna görə müsabiqənin qalibi seçilib. Müsabiqədə 2-ci yerə “Bibiheybət məscidi” fotosuna görə Etibar Cəfərov, 3-cü yerə isə “Alovlar və iynə” fotosuna görə Fuad Babayev layiq görülüblər.
Sərgidə bütövlükdə Azərbaycan etnoqrafiyası, mədəniyyəti, memarlığı və təbiətinə dair 100 foto nümayiş olunur. Bu işlər Azərbaycandan və müxtəlif ölkələrdən olan həvəskar və peşəkar fotoqrafların “Azərbaycan fotoobyektivlərdə” müsabiqəsinə təqdim etdiyi 750 foto arasından seçilib.
Sərginin açılışında çıxış edən AAC-ın mədəniyyət layihələri üzrə məsləhətçisi Sabina Rakçeyeva bildirib ki, bu müsabiqə AAC üçün yeni bir təşəbbüs idi: “Azərbaycan haqqında təəssüratlarını ifadə etmək üçün fotoqrafların yaradıcılıq sərbəstliyi təmin edilmişdi. Müsabiqəyə təqdim edilən fotoların çox olması münsiflər heyətini xeyli sevindirdi. Biz inanırıq ki, “Azərbaycan fotoobyektivlərdə” müsabiqəsinə təqdim olunmuş fotoların nümayiş olunduğu bu sərgi Azərbaycana səfər etməyənlərə ilham verəcəkdir”.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov sərginin təşkilini çox əlamətdar hadisə adlandırıb: “Çünki bu sərgi ölkəmizi Londonda, eləcə də Avropada tanıdır. Mən ümid edirəm ki, sərginin ziyarətçiləri Azərbaycan mənzərələrini unutmayacaqlar. Bu fotolar bir incəsənət nümunəsidir və bu yolla ölkəni tanıtmaq gözəl ideyadır”.
Münsiflər heyətinin üzvü, görkəmli fotoqraf Henri Dellal deyib ki, o və münsiflər heyətindən həmkarı, “Condé Nast Traveller” jurnalının foto-redaktoru Caroline Metcalfe bu gözəl şəkillər vasitəsilə Azərbaycanı kəşf etməkdən böyük zövq alırlar: “Sürətlə inkişaf edən Azərbaycan eyni zamanda zəngin tarixi və mədəniyyəti olan özünəməxsus bir ölkədir. Bütün fotolar məni Azərbaycana bir daha qayıtmağa, ölkənin gözəlliyini və insanlarını nümayiş etdirmək üçün daha çox foto çəkməyə həvəsləndirdi”.
Sərgi noyabrın 21-dən dekabrın 1-nə qədər ziyarətçilər üçün açıq olacaq. Londondan sonra bu ecazkar fotolar AAC tərəfindən Brüssel, Paris və Berlində təşkil olunacaq sərgilərdə nümayiş etdiriləcək.

Bu xəbər oxucular tərəfindən 1333 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |