Şrift:
Sulduzun kürd kökənli millət vəkilinin irqçi hərəkətlərinə reaksiya verildi
23.11.2012 [09:15] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın qərb bölgəsi, o cümlədən Sulduz şəhəri PKK terror yandaşları tərəfindən zaman-zaman müxtəlif təzyiqlərə məruz qalır.Sulduzun saxtakarlıq yolu ilə seçilmiş kürd kökənli millət vəkili bəzi irqçi hərəkətləri ilə bölgə əhalisinin diqqətini çəkməkdədir. Onun Sulduz şəhərinin məsul şəxslərini azərbaycan türklərindən təmizləmək və onların yerinə kürd kökənli və müxtəlif terror təşkilatlarından tapşırıq alan şəxsləri yerləşdirmək planı soydaşlarımızın etirazına səbəb olub. Məlumata görə, Sulduzun İmam xəstəxanasının həkim və işçiləri imza toplayaraq, xəstəxananın hazır ki rəisini dəstəkləyib və onun dəyişidirilməməsini tələb ediblər. Marağlıdır ki, xəstəxanada işləyən iki kürd həkim imzatoplama kampaniyasına qoşulmayıblar.

Sözü gedən sözdə millət vəkili və onun məkrli planı ilə bağlı keçmiş xəbərlərimizdə məlumat vermişdik
Bu xəbər oxucular tərəfindən 1262 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed