20.01.2021 [19:03] - Xəbərlər, Mədəniyyət
20 Yanvar şəhidləri Azərbaycan xalqının azadlıq mübarizəsinin qəhrəmanlarıdır və onların xatirəsi hər zaman azərbaycanlıların yaddaşında yaşayaca
Bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneuli rayonunun Qızılhacılı kəndində 20 Yanvar şəhidi İsmayıl Mursaqulovun ailə üzvləri ilə görüşdə söyləyib.
Diplomat şəhidin qardaşı Rizvan Mursaqulova və Marneulidə yaşayan yaxınlarına başsağlığı verib. O bildirib ki, şəhidlər qanları ilə Azərbaycanın qəhrəmanlıq tarixində şanlı səhifə yazıblar. Azərbaycan dövləti şəhid ailələrinə daim diqqət və qayğı göstərib və bu qayğı bu gündə davam edir. Şəhidlərimizin Gürcüstanda yaşayan yaxınları da bu qayğıdan kənarda qalmayıblar.
Sonra səfir Faiq Quliyev, Gürcüstan parlamentinin Marneulidən olan deputatı Zaur Darğallı Qızılhacılı kəndində İ.Mursaqulovun adını daşıyan küçəyə baş çəkiblər. Bildirilib ki, 1993-cü ildə bu küçəyə şəhid İsmayıl Mursaqulovun adı verilib.
F.Quliyev küçənin hazırkı vəziyyəti ilə maraqlanıb və şəhidin xatirə lövhəsinin quraşdırılmasının vacibliyini vurğulayıb.
Şəhidin qardaşı və qohumları göstərilən diqqət və qayğıya, ehtirama görə Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq ediblər.

Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |