Şrift:
İstanbulda “Müstəqilliyə gedən yol-20 Yanvar” adlı onlayn konfrans keçirilib
20.01.2021 [19:05] - Xəbərlər, Sosial
20 Yanvar qətliamının 31-ci ildönümü ilə əlaqədar İstanbulda daha bir konfrans keçirilib.

Onlayn formatda keçirilən “Müstəqilliyə gedən yol-20 Yanvar” adlı konfrans İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu və İSTAD-ın sədrinin mavini sosial elmlər üzrə ekspert, türkiyəli yazıçı Mətin Yıldırım çıxış ediblər.

20 Yanvarın Azərbaycanın milli qəhrəmanlıq günü olduğunu deyən çıxışçılar bu tarixin Azərbaycan xalqının yaddaşına əbədi yazıldığını vurğulayıblar. Bildirilib ki, 1918-ci ildə Şərqin ilk demokratik respublikası olaraq qurulan Azərbaycan sonradan sovet hakimiyyəti tərəfindən işğal edilib. 70 il davam edən bu əsarət Azərbaycan xalqında olan müstəqillik ruhunu əsla yox edə bilməyib və 20 Yanvar bunun ən böyük sübutudur. Müstəqillik eşqi ilə yaşayan azərbaycanlılar o qanlı yanvar gecəsində əliyalın tankların qarşısına çıxıb, canları bahasına uzun illər gözlənilən azadlığa qovuşublar.

Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin Türkiyə olduğunu xatırladan çıxışçılar bu iki respublika arasında əsrlərə dayanan qardaşlıq bağlarının dünya üçün bir nümunə olduğunu vurğulayıblar. Bildirilib ki, daim birlikdə hərəkət edən iki qardaş ölkə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə münasibətilə Bakıda keçirilən paradda da bu birliyi bir daha bütün dünyaya nümayiş etdirdi.

Konfransda Azərbaycanın və Türkiyənin ümummilli liderləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün “Bir millət, iki dövlət”, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevimlimizdir” kəlamları səsləndirilib.

Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed