20.01.2021 [19:06] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDF), İğdır Azərbaycan Evi Dərnəyi və Ülkü Ocaqlarının yerli bölməsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-cü ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasından verilən məlumata görə, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
TADDF-ın sədr müavini, tanınmış publisist Sərdar Ünsal, Ülkü Ocaqlarının yerli bölməsinin Mutluhan Kaşkar və başqaları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının rəhbərliyinin qanunsuz qərarı ilə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətin səbəb, məqsəd və nəticələrindən danışıblar.
Çıxışlarda diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələri bir xalqın taleyində faciəli səhifə olsa da, bu, bir qəhrəmanlıq, igidlik və qorxmazlıq dastanıdır. İyirmi Yanvar hadisələrinin qəhrəmanları Azərbaycanda olduğu kimi, Türkiyədə də böyük ehtiramla yad olunur.
Türkiyənin aparıcı siyasi partiyalarının yerli şöbələrinin rəhbərləri, şəhər hakimiyyətinin, eləcə də nazirliklərin təmsilçiləri, İğdır ictimaiyyətinin tanınmış nümayəndələri, bölgədə fəaliyyət göstərən dərnək başqanları mərasimdə iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |