Şrift:
İran prezidentinin ölkə parlamentində dindirilməsi layihəsindən imtina edilib
23.11.2012 [09:28] - Güney Azərbaycan xəbərləri
İran prezidenti Mahmud Əhmədinejadın ölkə parlamentində dindirilməsi layihəsindən imtina edilib.

İRİB-in yaydığı məlumata görə, bununla bağlı İran parlamentinin deputatları birgə bəyanat veriblər. Sənəddə qeyd olunur ki, İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyini tövsiyəsi nəzərə alınaraq belə addım atılıb.

Qeyd edək ki, ötən gün ayətullah Xamneyi millət vəkillərini noyabrın 4-də M.Əhmədinejadın ölkə parlamentində dindirilməsi ilə bağlı qəbul etdikləri qərarı geri götürməyə çağırıb: “İndiyədək layihəni parlamentin məsuliyyəti kimi qiymətləndirmişəm və dəstəkləmişəm. Ancaq hazırda ölkə prezidentinin bir sıra məsələlərlə bağlı izahat vermək üçün parlamentdə dindirilməsi yalnız düşmənlərimizin maraqlarına uyğun olar. Ona görə də deputatlara layihədən imtina etməyi tövsiyə edirəm”.
Bu xəbər oxucular tərəfindən 1189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed