22.01.2021 [12:47] - Gündəm, İqtisadiyyat
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) yeni ildən daha bir uğurlu layihəyə başlayıb.
ASC-dən bildirilib ki, informasiya texnologiyalarının paylayıcı şəbəkələrdə tətbiqi sahəsində dünyada müasir trendlərdən olan “3D - mobile mapping” texnologiyası elektrik şəbəkələrinin istismarı, qeydiyyatı, analizi və planlanmasının daha dəqiq və çevik həyata keçirilməsi üçün artıq istifadəyə verilib.
Yeni texnologiyanın tətbiqi ilə şəbəkədə mövcud olan cihaz və avadanlıqların yerləşdiyi ərazinin 3D – multi-direktoriya formatında skan olunması həyata keçirilməklə, müxtəlif gərginlikli elektrik veriliş xətlərinin, transformatorların, dayaqların, sayğaclar və onlara qədər olan ötürücü naqillərin yerləşdiyi ərazinin virtual xəritəsi relyef xüsusiyyətləri və GPS koordinatlarına uyğun yüksək dəqiqliklə tərtib edilir. Bu texnologiya sayəsində mövcud şəbəkədə olan elementlər və onların yerləşdiyi ərazi haqqında müfəssəl məlumatlar Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə ötürülərək əraziyə getmədən, 3D - smart xəritə üzərində infrastrukturun dəqiq öyrənilməsinə geniş texniki-iqtisadi şərait yaradır.
Bununla yanaşı, elektrik şəbəkəsinin mövcud olmadığı ərazilər “3D - mobile mapping” texnologiyası ilə skan olunan ərazi 0,5 santimetr dəqiqliklə öyrənilərək mərkəzi sistemdə 3D - smart xəritəyə ötürülür, həmin ərazi üzrə elektrik ötürücü xətlərin çəkilməsi də, relyef xüsusiyyətlərini özündə əks etdirən 3D xəritədə virtual şəkildə, mütəxəssislərin öz iş yerlərini tərk etmədən dəqiq planlama aparmasına imkan verir.
Üstünlükləri:
- elektrik xətlərinin keçdiyi ərazi 3D formatda skan olunaraq mövcud qüsurların görülməsi
- rayon elektrik şəbəkələrinin virtual 3D xəritəsinin yaradılması
- 3D mobil xəritə üzərində ərazinin küçə adları və koordinatları ilə tapılması
- qəza hallarında əraziyə getmədən qəza yerinin təyin edilməsi
- elektrik şəbəkə elementlərinin inventarlaşdırılması
- perspektivdə nəzərdə tutulacaq ərazinin dəqiq planlanması.
Bununla yanaşı, “3D mobil mapping” texnologiyasından istifadə bir çox texnoloji yeniliklərə də malikdir.

Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |