Şrift:
Daxili işlər orqanları oğurluq hallarına qarşı kompleks profilaktik tədbirləri diqqət mərkəzində saxlayır
22.01.2021 [12:49] - Gündəm, Hüquq
Daxili işlər orqanları oğurluq hallarına qarşı kompleks profilaktik tədbirləri diqqət mərkəzində saxlayırlar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC bildirib ki, DİN-in Baş Mühafizə İdarəsi ölkəmizdə ən müasir tələblərə və standartlara uyğun etibarlı fəaliyyət göstərir: “Respublika üzrə mühafizəyə cəlb edilən 22 min 194 obyektdə, 6815 mənzildə təhlükəsizlik sistemi mülkiyyət cinayətlərinə qarşı sipərə çevrilib.

Təhlükəsizlik sisteminin imkanlarından yararlanmaqla, mühafizə qurumları tərəfindən ötən il mühafizə olunan 170 evə və obyektə oğurluq məqsədilə edilən müdaxilənin qarşısı alınıb, 74 nəfər şübhəli şəxs “isti izlər”lə tutularaq istintaq orqanlarına təhvil verilib. Eləcə də mühafizə polisinin xidməti marşrutlarında cinayət törədən 237, axtarışda olan 87, ictimai qaydanı pozan 1284 nəfər müəyyən olunaraq saxlanılıb”.

Şöbə rəisi daxili işlər orqanları tərəfindən tətbiq olunan texnologiyanın etibarlılığına toxunaraq qeyd edib ki, mühafizə olunan ünvana kənar müdaxilənin olması barədə informasiya stasionar telefon kabelləri ilə yox, elektromaqnit dalğaları ilə ötürülür. Bununla da mühafizə olunan yerin kənar müdaxiləyə qarşı bir neçə istiqamətdən rəqəmsal həssaslığı polisin həmin ünvana 2-5 dəqiqə ərzində çatmasını şərtləndirir. Eləcə də xüsusi yerlərdə quraşdırılan kameralar vasitəsilə mühafizə olunan yerdən foto-video görüntülər elektron qaydada dərhal polis orqanına ötürülür. Əgər kimsə oğurluğa cəhd edərək təhlükəsizlik sisteminin mövcudluğundan xəbər tutub ərazidən uzaqlaşsa belə, onunla bağlı məlumatlar mərkəzdə toplanır. Reallıqlar və faktlar, aşkarlanan hüquqazidd əməllərin təhlili göstərir ki, mühafizə edilən ünvanlarda rəqəmsal təhlükəsizlik sistemi ən səmərəli vasitədir”.
Bu xəbər oxucular tərəfindən 1007 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed