25.01.2021 [23:48] - Gündəm, İqtisadiyyat
Hacıqabulda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, mal-qara və qoyun-keçilərin baş sayını artırmaq məqsədi ilə mühüm layihələr həyata keçirilir ki, bu da öz növbəsində heyvandarlıq məhsulları istehsalının artmasına güclü təkan verir.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilərək artırılır, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 7 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssislər tərəfindən mayalanma aparılan 2343 baş inək və düyədən 2343 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Bu da hər 100 baş inəyə 99 baş buzov düşür.
Süni mayalama yolu ilə alınan buzovlara görə maldarlara 234 min 300 manat subsidiya ödənilib.
Rayonun Qarasu kəndində fəaliyyət göstərən fermer Qabil Abdullayevin dediyinə görə süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən dəfə çox olur.

Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |