26.01.2021 [10:20] - Gündəm, İdman
Rusiyada keçiriləcək boks üzrə komanda dünya kuboku koronavirus pandemiyası səbəbindən 2022-ə təxirə salınıb.
Bu barədə Beynəlxalq Boks Assosiasiyasının (AİBA) mətbuat xidməti məlumat verib.
Qeyd edilib ki, əvvəlcə yarışın 2020-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulmuşdu. Məlumatda Moskvanın turnirin final mərhələsinə ev sahibliyi edəcəyi vurğulanır.
AIBA-nın prezidenti Umar Kremlyev koronavirus pandemiyası ilə bağlı vəziyyəti yaxından izlədiklərini və həkimlərlə əlaqə saxladıqlarını bildirib. O vurğulayıb ki, məhz idmançıların sağlamlığını qorumaq üçün turnirin 2022-ci ilə təxirə salınması qərara alınıb.

Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |